Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda keçirilmiş Tarixi Böyük İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın yekunları ilə əlaqədar geniş müşavirədə nitqi - Prezident sarayı, 10 sentyabr 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Bu gün mən sizi buraya sentyabrın 7-8-də Bakıda, Azərbaycanda keçirilmiş beynəlxalq konfransın yekunları ilə əlaqədar dəvət etmişəm. Şübhəsiz ki, beynəlxalq konfransın yekunları bundan sonra çox ətraflı və geniş müzakirə olunmalıdır. Xüsusən onun qəbul etdiyi qərarlar, yəni imzalanmış müqavilələr həyata keçirilməlidir. Amma bu gün mən, sadəcə, bu konfransla bağlı görülmüş hazırlıq işində və konfransın keçirilməsində iştirak edənləri buraya dəvət etmişəm ki, konfransın hazırlanması, gedişi və onun işinin sona çatması ilə əlaqədar öz müşahidələrimi bildirim. İndi respublika və dünya ictimaiyyətinə də artıq məlumdur ki, Bakıda keçirilmiş, qədim tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans nə qədər böyük əhəmiyyətə malikdir. Vaxtilə biz belə bir konfransın keçirilməsi ilə əlaqədar Avropa Birliyinin Komissiyası ilə danışıqlar aparmışdıq. Hələ xeyli vaxt bundan əvvəl belə bir konfransın keçirilməsi zərurəti meydana çıxmışdı. Ancaq bu konfransın keçirilməsi və ya keçirilməməsi, harada keçirilməsi məsələləri xeyli müzakirə olunmuşdur. Çünki məlumdur ki, Avropa Birliyi Komissiyası və ümumiyyətlə, Avropa Birliyi həm 1991-ci ildə TASİS proqramını qəbul edərkən, həm də 1993-cü ildə TRASEKA proqramını qəbul edərkən birinci növbədə, yeni müstəqillik qazanmış ölkələrlə əlaqələr yaratmaq və inkişaf etdirmək, həm də Avropa-Qafqaz-Asiya nəqliyyat xətlərinin yaradılması və inkişaf etdirilməsi məqsədi daşımışdır. Bu gün tam əsasla demək olar ki, Avropa Birliyi hələ Sovetlər İttifaqı dağılmamışdan, yəni həmin ittifaqın dağılmasını görərək və artıq bunu proqnozlaşdıraraq bu məsələyə həm münasibətini bildirmiş, həm də bu barədə tədbirlər görmüşdür. 1991-ci ildə, hələ Sovetlər İttifaqı mövcud olduğu bir zaman TASİS proqramının - müstəqillik əldə edən ölkələrə iqtisadi yardım göstərilməsi ilə əlaqədar proqramın qəbul olunması buna əyani sübutdur. SSRİ dağılandan - Şərqi Avropa ölkələrində böyük dəyişikliklər baş verəndən, keçmiş Sovetlər İttifaqına mənsub olmuş ölkələr dövlət müstəqilliyini əldə edəndən sonra Avropa ilə Asiya arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün, şübhəsiz ki, iqtisadi əlaqələr vasitəsilə başqa əlaqələri də inkişaf etdirmək üçün TASİS proqramının qəbul olunması zərurəti meydana çıxmışdır. Avropa Birliyinin İqtisadi Komissiyası bu proqrama Qafqaz və Mərkəzi Asiya ölkələrini cəlb etmiş, 1993-cü ilin may ayında TRASEKA proqramı qəbul olunmuşdur. O illər, bəlkə də son vaxtlara qədər həmin TRASEKA proqramının yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı ölkələrdə tədbirlər keçirilibdir. O cümlədən biz Avropa Birliyi ilə daim əməkdaşlıq etmişik. Ancaq bu TRASEKA proqramının belə böyük gələcəyə malik olduğu hələ hamı tərəfindən o qədər də dərk edilmirdi. Nəhayət, 1996-cı ildə, xüsusən 1997-ci ildə qədim, Böyük İpək Yolunun bərpa olunması məsələsi ümumi, dünyəvi, qlobal bir məsələ kimi meydana çıxmışdır. Bu, yeni kommunikasiya, nəqliyyat xətləri yaratmaq, Avropanı Asiya ilə daha yaxın, əlverişli, təhlükəsiz və daha ucuz yollarla bağlamaq və bu vasitə ilə də ölkələr arasında iqtisadi əməkdaşlıq yaratmaq, onu inkişaf etdirmək və Avropa Birliyinin bu ölkələrə təsirini artırmaq məqsədi daşımışdır. Tarixi İpək Yolunun bərpa edilməsi məsələsi həm elmi tədqiqat, həm də praktiki nöqteyi-nəzərdən böyük maraq doğurmuşdur. Ayrı-ayrı ölkələrdə bu mövzu həm dövri mətbuatda, həm də elmi kitablarda, jumallarda, konfranslarda, simpoziumlarda müzakirə olunmuşdur. Böyük tarixi İpək yoluna diqqət və maraq get-gedə artmışdır. Təsadüfı deyildir ki, hətta Böyük İpək Yolundan çox uzaqda olan Amerika Birləşmiş Ştatlarında qədim İpək yolunun bərpasına ciddi maraq göstərilmişdir və bu barədə indiyə qədər də müzakirələr gedir. Yaxud, Yer kürəsinin tamamilə başqa bir uzaq hissəsində yerləşən Yaponiyada Böyük İpək Yoluna maraq göstərilmiş və bu İpək yolunun bərpası ilə əlaqədar təkliflər irəli sürülmüşdür. Məlumdur ki, keçən ilin əvvəlində Yaponiyanın baş naziri Haşimoto Böyük İpək Yolu haqqında öz hökumətinin konsepsiyasını, bu məsələyə baxışını, təklifini irəli sürmüşdür və bu məsələ Yaponiyanın da ardıcıl surətdə diqqət mərkəzində olmuşdur. Böyük İpək Yolu üzərində yerləşən ölkələrin əksəriyyəti tərəfindən qədim İpək yolunun bərpası, yəni bu İpək Yolu əsasında yeni, müasir nəqliyyat xəttinin yaranması məsələsi zəruri hal kimi tədricən irəliyə sürülmüşdür. Azərbaycan bu proseslərdə daim iştirak etmiş, Avropa Birliyi ilə sıx əməkdaşlıq etmişdir. Biz Avropa Birliyinin Iqtisadi Komissiyası ilə Azərbaycanın bir çox sahələr üzrə əməkdaşlığını çox əhəmiyyətli hesab etmişik və bunun müsbət nəticələrini də görmüşük. Bilirsiniz ki, ümumiyyətlə, Avropa Birliyi çox mütəşəkkil beynəlxalq bir təşkilatdır. Avropanın böyük olmasına baxmayaraq, bu təşkilatda ancaq 15 ölkə təmsil edilibdir. Bu təşkilata daxil olan ölkələr arasında üksək səviyyəli, müasir tələblərə uyğun iqtisadi əməkdaşlıq prosesi gedir. Bu əməkdaşlığın çox səmərəli olduğu aydın görünür. Çünki Avropa Birliyinə daxil olan ölkələr bu təşkilatın fəaliyyətinə və işinə, bu təşkilata məxsus olduqlarına yüksək qiymət verirlər. Ona görə də bu təşkilat böyük nüfuza malikdir. Avropa Birliyi təşkilatı Avropa və Asiya ölkələri ilə öz əlaqələrini genişləndirir. Bildiyiniz kimi, biz 1996-cı ilin aprel ayında Lüksemburqda Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında saziş imzalamışıq və Avropa Birliyinin strukturlarında iştirak etməyə çalışırıq. Biz keçən illərdə Avropa Birliyindən müəyyən maliyyə və maddi yardımlar almışıq və indi də bəzi proqramların həyata keçirilməsində Avropa Birliyi Komissiyasının yardımlarından istifadə edirik. Avropa Birliyi Komissiyası ilə əməkdaşlığımız uğurludur və biz bu əməkdaşlıqda özümüzü çox etibarlı tərəfdaş kimi göstərmişik. Bir faktı qeyd etmək istəyirəm. Biz 1994-cü ildə, doğrusu, Avropa Birliyinin Komissiyası ilə əməkdaşlığımızın detallarını o qədər də dərindən bilmədiyimiz bir zaman Azərbaycanla Avropa Birliyi arasında müqavilələr imzalanmışdı. Avropa Birliyi Azərbaycana müəyyən yardımlar etmişdi. O vaxt Azərbaycanda qıtlıq olduğu zaman biz Avropa Birliyindən xeyli miqdarda taxıl alıb respublikamızın əhalisini çörəklə təmin etmək məsələlərini həll edirdik. Avropa Birliyi o vaxt Azərbaycana bununla bərabər kredit də vermişdir. Mən bu gün etiraf etməliyəm ki, o vaxt həmin kreditin verilməsi şəxsən mənə o qədər də dəqiq məlum olmamışdır. Nazirlər Kabineti mənimlə razılaşmamış, həmin kreditlərin alınması ilə əlaqədar sazişlər imzalamışdı. Mən bu məsələni biləndən sonra həm Nazirlər Kabineti, həm də bizim maliyyə orqanlarımız mənə belə bildirdilər ki, bu kredit elə kredit adı ilə verilir, amma bu, Avropa Birliyi Komissiyasının Azərbaycana olan yardımıdır. Sonra da dedilər ki, biz onsuz da bu kreditləri hələ üç ildən sonra qaytaracağıq, ona görə də bunun üçün narahat olmaq lazım deyildir. Bilirsiniz, təəssüf ki, həmin illərdə Azərbaycanın rəhbərliyində vəziyyət gərgin idi. 1994-cü ildə Nazirlər Kabinetinə kim tərəfindən rəhbərlik edildiyi də sizə məlumdur. Bütün bunlara görə bu gün mən hesab edirəm ki, o vaxt səhvlər buraxılmışdır. Doğrudur, o vaxt Azərbaycanın həm maliyyə kreditinə, həm də maddi yardıma ehtiyacı böyük idi. Ancaq biz həmişə bilməliyik ki, krediti nə üçün alırıq və bunu necə qaytaracağıq. Amma o vaxt çoxları, o cümlədən həmin kreditin alınmasına imza atanlar da bu haqda düşünməmişdilər. Kreditlər Azərbaycana guya ərzaq gətirilməsi və həmin ərzağın da ancaq Avropa ölkələrindən alınması üçün bağlanıbdır. İndi məlum olur ki, həmin kreditlərdən istifadə olunmasında da səhvlərə yol verilmişdir. Nəhayət, vaxt gəldi çatdı və alınmış həmin kreditlərin qaytarılması keçən il -1997-ci ildə bizdən tələb olundu. Həmin kreditlər təkcə bizə yox, Gürcüstana da verilmişdi. Hətta Gürcüstana Azərbaycandan da çox verilmişdi. Ermənistana da, başqa ölkələrə də verilmişdi. Ancaq Avropa Birliyi və xüsusən İqtisadi Komissiya bu kreditlərin qaytarılmasını Azərbaycandan qətiyyətlə tələb etdi. Biz onun vaxtının artırılmasına çalışdıq. Çalışdıq sübut edək ki, biz bu krediti alanda səhvlər olubdur və bəziləri bunun qaytarılacağını anlamayıblar. Ancaq bunlar heç bir nəticə vermədi. Biz keçən il həmin bu kreditlərin əvəzinə Avropa Birliyinin Iqtisadi Komissiyasına 57 milyon dollar qaytarmağa məcbur olduq. Olan-olub, keçən-keçib, 1993-cü, 1994-cü illərdə hətta 1995- ci ildə Azərbaycanda iqtisadiyyata rəhbərlik edən və xüsusən də iqtisadiyyatla məşğul olan Nazirlər Kabinetində normal bir rəhbərlik yox idi. Ona görə də belə bir səhv buraxılmışdı. Bu məsələni mənə məruzə edərkən dəfələrlə təkidlə soruşurdum ki, bəs nə üçün, niyə belə olubdur? Ola bilərdi ki, o vaxt biz həmin kreditləri almayaydıq. Onsuz da çətin yaşayırdıq. Yaşayacaqdıq. Amma indi biz 57 milyon dollar dəyərində məbləği qaytardıq. Yəni Avropa Birliyi ilə bizim belə bir münasibətimiz də olubdur. Doğrudur, Avropa Birliyi bizim vəziyyətimizi anlayaraq və verilən həmin krediti qaytardığımıza görə qərar qəbul edibdir ki, belə saf əməkdaşlıq etdiyimiz üçün Azərbaycana 30 milyon ekyu məbləğində yardım göstərsinlər. Bu da 1998, 1999 və 2000-ci illərdə olacaqdır. Şübhəsiz ki, bu, 57 milyon dolların yerini vermir. Ancaq hesab edirəm ki, biz bunu da qiymətləndirməliyik. Avropa Birliyi Azərbaycana xoş münasibət göstərir, Azərbaycanın həmin krediti qaytarması ilə əlaqədar atdığı addımı qiymətləndiribdir. Amma onu da bilirik ki, bizə qonşu olan ölkələr aldıqları kreditləri qaytarmayıblar, həmin kreditlərin vaxtları uzadılıbdır. Bizə izah edirlər ki, krediti qaytarmağa Azərbaycanın iqtisadi imkanları var, amma o biri ölkələrin iqtisadi imkanları yoxdur. Bu da bir tərəfdən Azərbaycanın həqiqətən öz iqtisadiyyatını öz imkanları ilə idarə etməsini göstərir. Çünki 907-ci düzəlişə görə Amerika Birləşmiş Ştatları müstəqil dövlətlərə göstərdiyi yardımdan Azərbaycanı məhrum edibdir. Məsələn, qonşu ölkələr - Ermənistan, Gürcüstan və başqaları Amerika Birləşmiş Ştatlarından ildə 100 milyon dollar birbaşa yardım alırlar. Biz bu yardımdan məhrumuq. 1994-cü ildə Avropa Birliyi bizə ayırdığı kreditdən də çox o biri ölkələrə yardım etmişdi. Biz bu krediti qaytardıq, amma onlara güzəşt ediblər, vaxtını uzadıblar. Mən bunu sadəcə bir məlumat kimi bildirmək istədim. Çünki lazımdır ki, Siz də, ictimaiyyətimiz də hər bir şeyi bilsin. Bizim iqtisadiyyatımızda görülən hər bir iş və aparılan tədbirlərin hamısı göz qabağındadır. Hesab edirəm, gördüyümüz işləri də çox peşəkar səviyyədə aparırıq. Bu, Avropa Birliyi və İqtisadi Komissiya ilə bizim əməkdaşlığımızın bir hissəsidir. Ancaq TRASEKA proqramı əsasında Avropa Birliyinin yardımı ilə Azərbaycanda bir çox işlər görülübdür və bundan sonra da görülür. Bu, təkcə Azərbaycan üçün deyildir. Bu, Azərbaycandan keçən nəqliyyat xəttinin TRASEKA proqramının həyata keçirilməsindən ötrü lazımi səviyyəyə gətirilməsi üçündür. Məsələn, Poylu körpüsü Avropa Birliyindən alınmış 2 milyon doollar vəsait hesabına bərpa olundu. Dəmir yolunda da müəyyən işlər görülür. Yəni bunlar kredit deyildir, bu işlərin görülməsi üçündür. İşğaldan azad olunmuş ərazilərdə , - Füzuli rayonunun işğaldan azad edilmiş qəsəbə və kəndlərində bərpa işləri aparılmasına da Avropa Birliyi yardım edir. Baş nazirin müavini Abid Şərifov buradadır. Avropa Birliyi nə qədər yardım edir?

Abid Şərifov: 7 milyon ekyu məbləğində. Onun 4 milyonunu veriblər, 3 milyonunu da ayıracaqlar. Bu, Ağdam və Füzuli rayonlarında işğaldan azad olunmuş kəndlərin bərpasına sərf edilir.

Artur Rasizadə: Ümumiyyətlə, Avropa Birliyi tərəfindən indiyə qədər Azərbaycana 225 milyon dollar yardım edilibdir.

Heydər Əliyev: Qaytarılan kredit də buraya daxildir?

Artur Rasizadə: Xeyr. Bunlar Azərbaycana birbaşa edilmiş yardımdır.

Abbas Abbasov: Avropa Birliyi respublikamızın təkcə aqrar sahəsinə 16 milyon dollar yardım edibdir.

Artur Rasizadə: Bəli, bütün bunlar hamısı 225 milyon dollardır.

Abid Şərifov: Cənab prezident, Avropa Birliyi TRASEKA proqramı çərçivəsində zərbaycana qrant şəklində 7 milyon 650 min ekyu məbləğində investisiya qoymuşdur. Bu vəsaitin 6 milyondan çoxu respublikamızda körpülərin, sərhəd postlarının tikilməsinə, bərpasına və Bakı limanında bir sıra yenidənqurma işləri aparılmasına xərclənibdir.

Heydər Əliyev: Beləliklə, yenə də deyirəm, Avropa Birliyi ilə bizim əməkdaşlığımız ğurludur və bu yardımlar Azərbaycanın problemlərinin həll edilməsinə sərf olunur və bundan sonra da sərf olunacaqdır. Bizim əməkdaşlığımızın məhz belə - həm səmimi, həm də uğurlu olması nəticəsində də TRASEKA proqramının inkişaf etdirilməsi və Böyük İpək Yolunun bərpa edilməsi mövzusu Avropa Birliyinin İqtisadi Komissiyasında bir neçə dəfə müzakirə olunmuş və belə bir konfransın keçirilməsinin zəruriliyi bildirilmişdir. Mən bunu konfransda demişəm. TRASEKA proqramı qəbul ediləndən sonra işçi qrupları bir neçə dəfə görüşüblər və bu proqramın həyata keçirilməsi hər dəfə müzakirə olunubdur. Ancaq bu konfrans TRASEKA proqramının təkcə həyata keçirilməsi yox, onun yeni bir proqrama çevrilməsi, yəni TRASEKA proqramı əsasında yeni böyük bir proqramın qəbul olunması zərurətindən meydana çıxmışdır. Bunun üçün də bir çox hazırlıq işləri görülmüşdür və belə bir konfransın harada keçirilməsi də müzakirə olunmuşdur. Bütün bu hazırlıq işlərində Azərbaycan çox fəal iştirak etmişdir.İmzalanan əsas sənəd, saziş - "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxətraflı saziş" və onun texniki əlavələri bir neçə ay, bəlkə də bir il müddətində hazırlanmışdır. Belə bir konfransın keçirilməsi zərurəti meydana gəldiyi zaman onun harada keçirilməsi də müzakirə olunmuşdur. TRASEKA proqramında iştirak edən ölkələrin, şübhəsiz ki, hər biri belə bir konfransın öz ölkəsində keçirilməsinin arzusunda olmuş və namizədliyini vermişdi. Biz də belə bir konfransın Azərbaycanda keçirilməsi təklifini irəli sürmüşdük. Şübhəsiz, biz belə bir təklif irəli sürərkən dərk edirdik ki, bu, çox məsuliyyətli, çətin işdir. İndi, Azərbaycan problemlərlə rastlaşdığı, Ermənistan-Azərbaycan münaqişəsi mövcud olduğu bir zaman belə böyük eynəlxalq konfransın Azərbaycanda keçirilməsi bizim üzərimizə həm çox vəzifələr və həm də böyük məsuliyyət qoyur. Biz bunları dərk edərək Azərbaycanın namizədliyini irəli sürdük. Başqa ölkələr də öz namizədliklərini irəli sürmüşdülər. Bu məsələlər bir neçə dəfə müzakirə olunmuşdu, ancaq həm Avropa Birliyinin Komissiyası, həm də TRASEKA proqramında fəal iştirak edən ölkələrin əksəriyyəti bu konfransın Azərbaycanda keçirilməsinə razılıq vermişdilər. Yenə də deyirəm, qərar qəbul olunanadək hələ mübahisələr gedirdi ki, bu beynəlxalq konfrans Azərbaycanda, Bakıda, yaxud Qafqazın, Asiyanın başqa bir ölkəsində keçirilsin. Nəhayət, bizim təklifimiz qəbul olundu və beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsi qərara alındı. Bununla əlaqədar biz əməli işə başladıq. Bu əməli iş xeyli zaman idi ki, gedirdi. Ancaq bu işi daha da mütəşəkkil aparmaq üçün mən iyun ayında xüsusi sərəncam qəbul etdim və konfransın hazırlanması, keçirilməsi üçün komissiya təşkil etdim. Bu komissiyaya Baş nazir Artur Rasizadə başçılıq edirdi və axıra qədər də başçılıq etdi. Komissiyanın tərkibində bugünkü müşavirədə iştirak edənlərin bir çoxu vardır. Qeyd etməliyəm ki, komissiya çox iş görmüşdür və beynəlxalq konfrans yaxşı hazırlanmışdır. Konfransı keçirmək üçün Avropa Birliyinin Komissiyası ilə məsləhətləşərək mən, Azərbaycanın prezidenti bu konfransda iştirak etmələri zəruri olan ölkələrin dövlət və hökumət başçılarına xüsusi məktublar göndərdim və bu ölkələri konfransda iştirak etməyə dəvət etdim. Şübhəsiz ki, həmin ölkələr Böyük İpək Yolunun bərpası ilə əlaqədar olan ölkələrdir. Bu ölkələrin tərkibi Avropa Birliyinin Komissiyası ilə razılaşdırılmışdır. Ancaq dəvəti Azərbaycan prezidenti göndərmişdir. İndi artıq görünür ki, bizim dəvətimiz qəbul olunmuşdur və 32 dövlət, ölkə beynəlxalq konfransda iştirak etmişdir. Biz dövlətlərlə, ölkələrlə bərabər, beynəlxalq təşkilatlara da dəvətlər göndərmişdik. Dəvət olunan beynəlxalq təşkilatların - 13 beynəlxalq təşkilatın hamısının nümayəndə heyətləri konfransda iştirak etmişdir. Beləliklə, konfrans həqiqətən böyük beynəlxalq bir konfrans oldu. Konfransın iştirakçıları həm İpək yolunun bilavasitə xətti üzərində yerləşən, həm də bu İpək yoluna böyük maraq göstərən ölkələrin nümayəndələri idilər. Konfransda merika Birləşmiş Ştatlarından, Yaponiyadan, Çindən, Avropa ölkələrinin demək olar ki, səriyyətindən nümayəndə heyətləri, Qafqaz, Mərkəzi Asiya, Monqolustan və Asiyanı təmsil edən digər ölkələr iştirak edirdilər. Siz bilirsiniz, nümayəndə heyətləri yüksək səviyyəli idi. Konfransda 9 ölkə dövlət başçıları - prezidentlərlə təmsil olunmuşdu, bir ölkədən nümayəndə heyətinə Baş nazir rəhbərlik edirdi. Digər nümayəndə heyətlərinə nazirlər, Baş nazirin müavini və başqa yüksək vəzifəli şəxslər rəhbərlik edirdilər. Təkcə nümayəndə heyətləri üzvlərinin sayı 180 nəfər idi. Ancaq bilirsiniz ki, hər ölkədən gələn nümayəndə heyətini müşayiət edən çoxsaylı şəxslər də var idi. Konfransda 20 ölkədən 210 mətbuat nümayəndəsi - jumalistlər, kütləvi informasiya orqanlarının nümayəndələri iştirak etmişlər. Bu konfransda dünyanın böyük agentliklərinin, televiziyalarının nümayəndələri iştirak etmişlər. Beynəlxalq təşkilatların demək olar ki, hamısı konfransda təmsil olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının, ATƏT in, Avropa Birliyinin, müstəqil Dövlətlər Birliyinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyətləri, dünyanın böyük banklarının - Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, İslam Bankının, bir çox beynəlxalq nəqliyyat təşkilatlarının nümayəndələri, yəni dünyanın əsas beynəlxalq təşkilatlarının hamısı bu konfransda təmsil olunmuşdur. Həmin nümayəndə heyətlərinin konfransda təkcə təmsil edilməsi deyil, hər bir nümayəndə heyəti beynəlxalq konfransın işində fəal iştirak etmişdir. Çünki 32 ölkəni, dövləti təmsil edən nümayəndə heyətləri başçılarının hamısı konfransda nitq söyləmişdir. 13 beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyətlərinin başçıları konfransda çıxış etmişlər. Bütün bu danışıqların, nitqlərin, konfransın işinin məzmunu sizə məlumdur. Konfransın işi əvvəldən axıradək Azərbaycan televiziyası vasitəsilə canlı yayılıbdır. Güman edirəm ki, siz bunları seyr etmisiniz, dinləmisiniz, bilirsiniz. Bizim qəzetlər də konfransın demək olar ki, stenoqramını dərc edirlər. Ancaq qısaca olaraq onu deyə bilərəm ki, konfransda gedən bütün danışıqların məzmunu ondan ibarət olmuşdur ki, hamı eyni fikirdədir. Tarixi Böyük İpək Yolunu bərpa etmək lazımdır. Bunu bərpa etmək üçün hər bir ölkə lazımi kommunikasiya xətləri yaratmalıdır. Avropa Birliyi Komissiyasının bunu indiyədək himayə etdiyi kimi, bundan sonra da himayə edəcəkdir. Yəni konfransın bütün iştirakçıları həm Avropa Birliyi ilə Azərbaycanın təşəbbüsünü - bizim bu təşəbbüsümüzə Gürcüstan prezidenti Eduard Şevardnadze də qoşulmuşdur - yüksək qiymətləndirmişlər, həm də konfransın əhəmiyyətini və orada müzakirə olunan məsələlərin gələcək üçün çox böyük əhəmiyyətini qeyd etmişlər. Bilirsiniz ki, bəzi ölkə və dövlət başçıları konfransla əlaqədar mənim ünvanıma xüsusi məktublar göndərmişlər. Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszemin, Yaponiyanın Baş naziri cənab Obuti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri cənab Toni Bleyer, Qazaxıstanın prezidenti cənab Nazarbayev özləri iştirak edə bilmədiklərinə görə məktublar göndərmişlər. Bu məktublar mənə təqdim olunubdur. Onlar mətbuatda dərc ediləcəkdir.

Başqa nümayəndə heyətləri, hansılar ki, dövlət, hökumət başçıları tərəfindən təmsil olunmurdular, onların da hər biri çıxışlarında öz dövlət və hökumət başçılarının konfransa münasibətini, fikrini və təkliflərini bəyan etdilər. Beləliklə, mən hesab edirəm ki, konfrans qarşıya qoyulan vəzifəni layiqincə həyata keçirdi və beynəlxalq aləmdə tarixi bir hadisəyə çevrildi. Konfransda çıxış edən natiqlərin demək olar ki, hamısı bunu qeyd etdilər. Məlumdur ki, bu konfransda üç sənəd imzalandı. Birincisi - "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş" və onun texniki əlavələri, ikincisi - Bakı bəyannaməsi, üçüncüsü - tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfransın yekun rəsmi məlumatıdır. Bildirmək istəyirəm ki, bu sənədlər cürbəcür imzalanıbdır. Birinci sənəd 14 dövlət tərəfindən imzalanıbdır. Bakı bəyannaməsi çox dövlətlər tərəfindən imzalanıbdır. Üçüncü sənəd - yekun rəsmi məlumatı 29 dövlətin və Avropa Birliyinin nümayəndə heyətləri tərəfindən imzalanıbdır.

Beləliklə, bu sənədlər artıq böyük əhəmiyyət kəsb edir. Biz bu sənədlərin həyata eçirilməsi ilə əlaqədar lazımi tədbirlər görəcəyik. Konfransın yekunları, Azərbaycan Respublikasının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar mənim fərmanım artıq hazırlanır. Həmin fərmanda respublikamızın, ölkəmizin hökumət, dövlət orqanları tərəfindən görüləcək işlərin hamısı müəyyən ediləcəkdir. Mən bu fərmanı yaxın günlərdə imzalayacağam. Mən bu gün iftixar hissi ilə deyə bilərəm ki, biz, Azərbaycan müstəqil dövlət kimi böyük bir beynəlxalq konfransın təşkilatçısı olduq, belə bir konfransın Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilməsini təmin etdik. Mən konfransın işini yekunlaşdırarkən bunu bəyan etmişdim. Bu gün bir də bəyan edirəm ki, konfransın Bakıda keçirilməsi Avropa Birliyi və TRASEKA proqramının iştirakçıları tərəfindən Azərbaycana göstərilən etimaddır və böyük diqqətdir. Biz bunu yüksək qiymətləndirməliyik. Bunun əhəmiyyəti ondan ibarətdir ki, Avropa Birliyi kimi yüksək səviyyəli beynəlxalq təşkilat Azərbaycan ilə ötən illər etdiyi əməkdaşlığın nəticəsində Azərbaycanın bir müstəqil, demokratik, azad ölkə kimi böyük beynəlxalq konfrans keçirmək hüququna malik olduğunu nümayiş etdirib və belə bir konfransın Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edibdir. Konfransın iştirakçıları da bu konfransın birinci Azərbaycanda keçirilməsinin zəruri olduğunu qəbul ediblər və bu konfransda fəal iştirak ediblər. Dediyim kimi, konfransda Azərbaycan da daxil olmaqla 9 ölkə dövlət başçıları ilə, bir ölkə isə Baş nazirlə təmsil olunmuşdu. Beləliklə, 32 nümayəndə heyətindən 10-u dövlət və hökumət başçıları tərəfindən təmsil edilmişdi. Bunun özü də böyük hadisədir və konfransa bu ölkələr tərəfindən çox yüksək əhəmiyyət verilməsinin təzahürüdür, eyni zamanda bu ölkələrin dövlət başçılarının Azərbaycana göstərdikləri münasibətin təzahürüdür. Biz çalışırdıq ki, konfransın keçirilməsi bütün parametrlərinə görə beynəlxalq standartlar səviyyəsində olsun. Bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, biz buna nail olduq. Çünki mən və mənimlə bərabər Azərbaycanın bir neçə rəhbər vəzifəli şəxsləri son illər, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bir çox beynəlxalq toplantılarda, sammitlərdə, konfranslarda iştirak etmişik. Bu konfransı hazırlayarkən biz birinci növbədə çalışmışdıq ki, gördüklərimizdən və bu beynəlxalq konfransların hazırlanması, xüsusən həyata keçirilməsi təcrübəsindən səmərəli istifadə edək və Bakıda keçirilən konfrans da gördüyümüz konfranslar səviyyəsində olsun. Mən bu gün deyə bilərəm ki, biz buna nail olmuşuq. Həqiqətən, nümayəndə heyətlərinin Bakıya endikləri vaxtdan Bakı hava limanından ayrıldıqları zamana qədər onların səmərəli işinin təmin olunması və ümumiyyətlə, konfransın mütəşəkkil aparılması hamının gözü qabağındadır. Demək olar ki, bütün nümayəndə heyətləri, onların başçıları, üzvləri konfransın işinin təşkilinə, gələn qonaqların yerləşdirilməsinə, onlara göstərilən xidmətə və konfransın çox mütəşəkkil aparılmasına, müasir texniki vasitələrdən istifadə olunmasına yüksək qiymət verdilər. Təbiidir, bu, asanlıqla olmamışdır. Biz çox hazırlıq işləri gördük və birincisi, gələn nümayəndə heyətlərinin münasib şəraitdə yerləşdirilməsi, onların burada olduqları müddətdə fəaliyyətlərinə lazımi şərait yaradılması üçün, ikincisi də konfransın keçiriləcəyi yerdə beynəlxalq standartlara uyğun şəraitin yaradılması üçün çox iş gördük. Bu baxımdan bizim "Gülüstan" sarayı Azərbaycanın bu günü üçün də çox gərəkli oldu. "Gülüstan" sarayı 1980-ci ildə tikilib istifadəyə verilibdir, 18 ildir ki, Azərbaycana xidmət edir. Ancaq mən, bu "Gülüstan" sarayının tikilməsinin, inşa edilməsinin, yaranmasının təşəbbüskarı kimi və bu işi o illər bilavasitə həyata keçirən adam kimi, böyük iftixar hissi keçirirəm ki, bu saray Azərbaycanın dövlət müstəqilliyinə çox dəyərli xidmətlər göstərir. Tək bu konfransda yox, ona qədər də. Ancaq bu konfransın keçirilməsi üçün "Gülüstan" sarayı əsaslı təmir olundu. Bu da lazım idi, çünki 18 il bundan öncə tikilmiş binanın təmirə ehtiyacı var idi. Təmir olundu və müasir səviyyəyə çatdırıldı. Bununla bərabər, konfransın keçirilməsi üçün orada əlavə ayrı-ayrı otaqlar, bölmələr yaradıldı. Bunların da sayəsində həm konfrans iştirakçılarının, yəni nümayəndə heyətlərinin, onların üzvlərinin orada normal şəraitdə fəaliyyət göstərməsi üçün, həm nümayəndə heyətlərini müşayiət edənlər üçün, həm də çoxsaylı jurnalistlər üçün bütün imkanlar yaradıldı. Mən bu gün tam əsasla deyə bilərəm ki, "Gülüstan" sarayının o böyük salonu dünyanın bir çox ölkələrində keçirilmiş konfransların salonlarından nəinki fərqlənmirdi, bəlkə də bəzilərinə nisbətən daha da görkəmli, daha da münasib görünürdü. Bu, tarixi bir hadisədir. Ancaq bir "Gülüstan" sarayı deyildir. Artıq bizim Bakıda çoxsaylı qonaqların yerləşdirilməsi üçün müasir tələblərə uyğun otel imkanlarımız vardır. Bunlar da çox xeyirli oldu. Bilirsiniz ki, bu konfransın keçirilməsi ilə əlaqədar biz bir çox avtonəqliyyat vasitələri-avtobuslar, müasir tələblərə cavab verən minik avtomobilləri aldıq və bunlardan da istifadə olundu. Bütün bunların hamısı Azərbaycanın bu gününü nümayiş etdirirdi. Hətta bizim hava limanının binasındakı, Azərbaycan dilində desək, o şərab salonu - və yaxud beynəlxalq termində bir "vip" sözü vardır, - müasirləşdirildiyinə görə o da çox böyük təəccüb doğurdu ki, bu necə də yaxşıdır. Baxmayaraq ki, mənim özüm istərdim ondan da yaxşı olsun. Bizim dostumuz, Türkiyənin prezidenti cənab Süleyman Dəmirəl mən onu yola salarkən çox şeydən razılığını bildirdi və dedi ki, buranı da çox gözəl etmisiniz. Mən əvvəllər buranı belə görməmişdim, indi müasir tələblərə uyğun olan şərab salonudur. Mən ona dedim ki, biz başqa bir hava limanı tikirik və onu gələn il istifadəyə verəcəyik. Dedim ki, açılışa sizi dəvət edəcəyəm və orada hər şey, o cümlədən şərab salonu bundan da yaxşı olacaqdır.

Orada tikilən hava limanını hamı görür. Mən ona dedim ki, 1981-ci ildə biz o hava limanının əsasını qoyduq. Mən o illər Azərbaycanda müasir tələblərə uyğun yeni bir hava limanının tikilməsinə çalışırdım və mənim qərarım əsasında Moskvada layihələr hazırlandı, bizim memarlar işlədilər. O layihələrə bir neçə dəfə baxdıq. 1981-ci ildə onun əsasını qoyduq. Ancaq baxın, neçə illər keçdi, o tikilmədi. Görünür ki, onun əsasını mən qoyduğuma görə, böyük bir fasilədən sonar onu mən də axıra çatdırmalıyam. 1999-cu ildə biz onu mütləq istifadəyə verəcəyik. İndi Azərbaycan bütün dünya ilə hava xətləri ilə birləşibdir. Lazımdır ki, bu hava xətlərindən, hava yollarından istifadə edən hər bir şəxs - Azərbaycan vətəndaşı, ya başqa hər bir ölkənin vətəndaşı bizim hava limanında yaxşı, müasir şəraitə uyğun olan imkanlardan istifadə edə bilsin. Ancaq bu gün üçün də bizim o şərab salonunun təmir olunması və müasirləşdirilməsi qonaqlara müsbət təsir bağışladı.

Siz nümayəndə heyətlərinin çıxışlarını televiziya ilə izləyirdiniz, dinləyirdiniz. Sizə məlumdur ki, çıxış edənlərin əksəriyyəti həm Azərbaycanın bu konfransın keçirilməsi barədə təşəbbüsünü çox yüksək qiymətləndirmişlər, həm də konfransın işinin yaxşı təşkil olunmasını dəyərləndirmişlər. Bu, onların rəsmi bəyanatları idi. Ancaq şəxsi, mənimlə olan danışıqlarda, Azərbaycanın konfransda iştirak edən başqa nümayəndələri ilə danışıqlarda, o cümlədən nümayəndə heyətlərinə təhkim olunmuş Azərbaycan Nazirlər Kabinetinin, Prezident Aparatının, nazirliklərin işçiləri ilə danışıqlarda hamısı çox böyük razılıq hissi ilə konfransın yaxşı təşkil olunmasını və keçirilməsini qeyd edirdilər. Bu da özü-özlüyündə bizim üçün çox əhəmiyyətlidir. Beləliklə, biz böyük bir imtahan verdik. Azərbaycanda 1998- ci ilin sentyabr ayında yüksək səviyyəli beynəlxalq konfrans keçirildi. Burada iştirak edənlər və iştirak etməyənlərin çoxu, bütün bu işlərə cəlb olunmuş insanlar - kiçik işçidən başlayaraq ayrı-ayrı məmurlara qədər hamı, şübhəsiz ki, Azərbaycanda belə bir konfransın keçirilməsi üçün səylərini qoymuşlar, hərə öz xidmətini, vətənpərvərliyini göstərmişdir, beləliklə də konfrans uğurla keçmiş, başa çatmışdır. Şübhəsiz ki, bu işlərin bilavasitə rəhbərləri var idi. Mən qeyd etdim ki, komissiya təşkil olunmuşdu. Mənim sərəncamımla hələ iyun ayında yaradılmış komissiyaya Baş nazir Artur Rasizadə rəhbərlik edirdi. Komissiya sədrinin başçılığı ilə komissiya üzvlərinin hamısı çox iş görüblər. Ona görə də mən komissiyanın sədri, Baş nazir Artur Rasizadəyə və komissiyanın bütün üzvlərinə təşəkkür edirəm. Komissiyanın üzvlərindən Abid Şərifovun da xidmətini xüsusi qeyd edirəm. Çünki Baş nazirdən əlavə, TRASEKA proqramı ilə bizim Nazirlər Kabinetində o məşğul olmuşdur, bütün işçi qrupunun keçən görüşlərində iştirak etmişdir və Avropa Birliyi ilə bilavasitə əlaqələr saxlamışdır. Mən Abid Şərifovun xidmətini xüsusi qeyd edirəm. Təbiidir, bu komissiyanın üzvlərinin hərəsi öz sahəsini təmin edibdir və hər biri mənim təşəkkürümü alır. Amma komissiyanın üzvlərindən başqa, Prezident Aparatının işçiləri də çox işlər görmüşlər. Komissiyanın üzvü olaraq şəhər icra hakimiyyəti aparatı çox işlər görmüşdür. Bizim hüquq-mühafizə orqanları bu konfransın işinin təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün çox işlər görmüşlər. Nümayəndə heyətlərinə təhkim olunmuş şəxslər də öz vəzifəsini yerinə yetirmişlər. Bu gün buraya dəvət olunanların hər biri bu və ya digər miqdarda, səviyyədə bu işlərdə iştirak etmişdir. Ona görə də mən konfransın hazırlanmasında, keçirilməsində iştirak etmiş bütün şəxslərə təşəkkür edirəm və hamını bu konfransın uğurlu keçməsi münasibətilə təbrik edirəm. Konfransın Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir. Biz tariximizi yaxşı bilirik və ona görə də cəsarətlə demək olar ki, Azərbaycanın çoxəsrlik tarixində belə böyük beynəlxalq konfransın keçirilməsi ilk hadisədir. Doğrudur, keçmiş illərdə, xüsusən 60-70-80-ci illərdə Azərbaycanda bir çox böyük tədbirlər keçirilibdir. Onların əksəriyyəti Sovet İttifaqı respublikaları çərçivəsində olubdur. Respublikamızda bəzi beynəlxalq tədbirlər də keçirilibdir. Onlar da ya bəzi sosialist ölkələrinin iştirakı ilə, ya da bəzi beynəlxalq fəhlə hərəkatı, yaxud kommunist hərəkatı təşkilatlarının iştirakı ilə keçirilibdir. Onların heç biri yüksək dövlət səviyyəsində olmayıbdır. Mən bir də deyirəm və qətiyyətlə, cəsarətlə deyirəm ki, tarixə nəzər salarkən Azərbaycan Respublikasının, dövlətinin, ölkəsinin tarixində bu, ilk böyük beynəlxalq konfransdır. Biz bunu yüksək qiymətləndirməliyik və bu, Azərbaycan xalqının, dövlətinin böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini, inkişaf etməsini və beynəlxalq aləmdə tamamilə tanınmasını nümayiş etdirir. Bu bizim müstəqilliyimizin, suverenliyimizin rəmzidir. Biz müstəqil dövlət kimi Bakıda 32 dövlətin nümayəndə heyətlərini qəbul etdik və dünyanın böyük bir hissəsini əhatə edən əraziyə məxsus böyük bir proqramın - tarixi İpək yolunun bərpası proqramının əsasını qoyduq. Bu, böyük tarixi hadisədir. Vətənini, torpağını, millətini, ölkəsini sevən hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının bu hadisə ilə fəxr etməyə əsası vardır və bununla hər bir adam fəxr edə bilər. Çünki bu, bizim millətimizin, ölkəmizin, dövlətimizin adıdır. Biz Azərbaycanda dövlət müstəqilliyi əldə edəndən sonar ağır yollar keçmişik və yolumuz bu gün də asan deyildir. Bizim ən birinci vəzifəmiz o olubdur ki, Azərbaycanı dünyada olduğu kimi tanıdaq. Bu, müstəqilliyini əldə edən hər bir ölkə üçün əsas vəzifədir. Amma bu, bizim üçün qat-qat mühüm vəzifə idi. Ona görə ki, Azərbaycan dövlət müstəqilliyini əldə edərkən artıq Ermənistanla Azərbaycan arasında üç ildən artıq idi münaqişə gedirdi. Ermənistan və ermənilərin dünyadakı diasporu, lobbisi bu münaqişədə Azərbaycanı günahlandırmışdı. Azərbaycan haqqında demək olar ki, dünyanın bütün ölkələrində çox mənfi fikir yaranmışdı. Təkcə bütün ölkələrdə deyil, Sovetlər İttifaqında da, Moskvada da, yəni biz o vaxtlar tərkibində olduğumuz ölkədə də belə bir əhvalruhiyyə var idi ki, guya Qarabağ münaqişəsinin yaranmasında günahkar Azərbaycandır. Xatırlayın, hətta bizim özümüzün içimizdə olan bəzi azərbaycanlılar da ermənilərin bu fikrini gücləndirirdilər. 1988-ci ildə Moskvada nə yazılar gedirdi? Bu münaqişə nə üçün başlandı? Çünki Azərbaycan rəhbərliyi və xüsusən, o vaxtlar təqib altında olan, təcrid vəziyyətində yaşayan Heydər Əliyev, Azərbaycanın keçmiş rəhbəri guya erməniləri Azərbaycanda əzibdir və Dağlıq Qarabağa ögey münasibət göstərilibdir. Guya Dağlıq Qarabağ Azərbaycanın tərkibində olarkən inkişaf edə bilməyibdir, ona görə də ermənilər boğaza yığılıblar və indi Azərbaycanın tərkibindən çıxıb Ermənistanın tərkibinə keçmək istəyirlər. Guya bunların da əsası var, çünki bunlara ögey münasibət göstərilibdir, guya bunun da günahkarı Heydər Əliyevdir. Siz bu yazıları, sözləri xatırlayırsınız. Bunu Moskvada təkcə Azərbaycana düşmən olan adamlar demirdilər, bunu burada bəzi azərbaycanlılar da deyirdilər. Azərbaycanın o vaxtkı rəhbərləri bunu Moskvada tribunalardan deyirdilər. Onlar kimə xidmət ediblər? Öz şəxsi ambissiyalarını həyata keçirmək üçün, şəxsi mənfur məqsədlərinə nail olmaq üçün xalqı, milləti ləkələyirdilər. Mən o vaxt bir neçə yerə məlumat verdim ki, bunlar yalandır. Sənədlər çıxardım ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ümumazərbaycan səviyyəsindən üç dəfə artıq inkişaf edibdir. Bütün illərdə, elə 20-ci illərdən başlayaraq, 0 cümlədən 70-ci illərdə. Rəqəmlər var idi, statistika var idi. Amma o statistikaya baxan yox idi. Həmin vaxt onlara lazım idi ki, Azərbaycanı günahlandırsınlar və Azərbaycanı günahlandırdılar, ləkələdilər. Beləliklə, həm Sovetlər İttifaqında, Moskvada belə bir fikir yarandı və həm də erməni diasporu bütün dünyada bu fikri yaratdı ki, guya bu münaqişədə Azərbaycan günahkardır. Ona görə də mən deyirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən biz çalışmışıq, məqsədimiz ondan ibarət olub ki, bax, bu mənfi fikri dağıdaq, Azərbaycanı azad, müstəqil, sivilizasiyalı bir ölkə kimi göstərək. Erməni diasporunun dediyi kimi yox. Onlar deyirlər ki, "Azərbaycanlılar vəhşidirlər, köçəridirlər, bu, millət deyil" və sairə. Siz bunları unutmusunuzmu? Bu yazılar hər yerdə yazılırdı. Bizi, azərbaycanlıları təhqir edirdilər. Bu fikir beynəlxalq aləmdə çoxlarının beyninə girmişdi.

Son beş ildə bizim apardığımız siyasət, görülən işlər, saysızhesabsız görüşlər, xarici ölkələrə səfərlər, Azərbaycana gələn nümayəndələrlə görüşlər, beynəlxalq təşkilatlarda gur sözlər deməyimiz nəticəsində Azərbaycan haqqında fikir dəyişilmişdir. Mən konfransdan sonra, sentyabrın 8-də qonaqları yola salandan sonra axşam saat təxminən 8-9 idi. Gəldim Prezident sarayında Yaponiyanın nümayəndəsini qəbul etdim. O, çox xahiş edirdi ki, mən onu qəbul edim, çünki o, gecə vətəninə yola düşəcəkdi. Yaponiyanın Baş naziri cənab Obutinin məktubunu mənə təqdim etmək istəyirdi. O, fevral ayında mən Yaponiyada rəsmi səfərdə olduğum zaman keçirilən görüşlərdə iştirak etmişdi. Öz təəssüratlarını söyləyir və Yaponiya ictimaiyyətinin Azərbaycan haqqında fikirləri barəsində danışırdı. Deyirdi siz Yaponiyada olduğunuz zaman o qədər görüşlər keçirdiniz, danışıqlar apardınız ki, Ölkəmizdə belə təəssürat yarandı ki, Yaponiyaya gəlmiş heç bir dövlət başçısı öz ölkəsini bu qədər geniş açmamış, təbliğ etməmişdir. Bu, onun dediyi sözlərdir. Siz məni düzgün başa düşün, mən bunu deyirəm ona görə yox ki, sizə özüm haqqımda bir şey çatdırım. Mənim buna ehtiyacım yoxdur. Bilirsiniz, ona görə ki, bəli, Yaponiyada bizi tanımırdılar. Biz Azərbaycanı Yaponiyada da tanıtdıq və çox yaxşı tanıtdıq. İndi nə qədər Yaponiya şirkətləri gəlib Azərbaycanda işləyirlər və nə qədəri də gəlmək istəyir. Sentyabrın 8-də axşam həmin nümayəndə heyətinin başçısı bu sözləri mənə dedi. Beləliklə, bu beynəlxalq konfrans indiyə qədər görülən işlərə demək olar ki, yekun vurdu. O mənada ki, ayrı-ayrı ölkələrə səfərlər zamanı gördüyümüz işlərlə, yaxud ayrı-ayrı ölkə başçılarının, nümayəndələrin Azərbaycana gəldiyi zaman gördüyümüz işlərlə, bizim nümayəndələrin ayrı-ayrı ölkələrə, beynəlxalq təşkilatlara getdiyi zaman gördüyümüz işlərlə bərabər və onların məntiqi nəticəsi olaraq indi 32 dövlətin nümayəndələri, 13 beynəlxalq təşkilatın nümayəndələri bir gündə, bir zamanda, bir yerdə Azərbaycanda toplaşıb respublikamızın bu gününü gördülər. Bu, Azərbaycanı tanıtmaq, müstəqil dövlət kimi göstərmək üçün ən gözəl bir vasitə idi və biz bunu göstərdik, bu, Azərbaycanın müstəqilliyinə xidmət edən və onu daha da təsdiq edən bir tədbir idi və biz bu tədbiri həyata keçirməyə nail olduq. Şübhəsiz ki, hər bir təəssürat yayılır və yayılacaqdır. Mən dedim, - konfransda 20 ölkənin kütləvi informasiya orqanlarının 210 nümayəndəsi iştirak etmişdir. Yazılar yazılacaqdır. Bunlar artıq yazılır. Bir çox ölkələrin qəzetlərində məqalələr dərc olunur. Bunlar davam edəcəkdir. Beləliklə, Azərbaycan dünyaya müstəqil dövlət, azad, demokratik ölkə kimi göstərilir. Mən bir faktı da sizə demək istəyirəm. Biz bazar iqtisadiyyatını inkişaf etdiririk. Bakıya gələn prezidentlər şəhərin mərkəzində tikilmiş ofis-otel kompleksində yaşadılar. Biz Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəl ilə bərabər həmin ofis-otel kompleksinin açılış mərasimini keçirdik. Bu şəxsi biznesin meydana gətirdiyi bir kompleksdir. Bu bazar iqtisadiyyatının real nəticəsidir, Azərbaycanda azad sahibkarlığın real nəticəsidir. Sentyabrın 7-də mən dövlət başçılarına və nümayəndə heyətlərinin rəhbərlərinə qəbul verdim. O qəbul yenə də özəl sektor tərəfindən "Ramstor"un yanında tikilmiş Bakı Əyləncə Mərkəzində verildi. O da özəl sektorun, sahibkarlığın Azərbaycanda verdiyi nəticədir. Siz bunu bilirsiniz. Ancaq mən sizə deməliyəm ki, məsələn, Bakıya gələn ölkə prezidentləri ilə birlikdə idim. Onlar bu oteldə qaldılar. Onlara deyəndə ki, bu otel dövlətin deyildir, özəl sektora məxsusdur, həmin o qəbul verdiyim yer də dövlətin, hökumətin deyildir, özəl sektora məxsusdur, onlar məəttəl qaldılar. Yəni mən Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin prezidentlərini deyirəm. Şübhəsiz ki, bizim dostumuz Süleyman Dəmirəl də buna çox sevindi ki, burada həm özəl sektor yaranır və artıq yaranıbdır, həm də bu özəl sektorun yaranmasında Türkiyənin inşaat şirkətləri də iştirak edirlər. Bunun özü də böyük bir təsir bağışlayır ki, həqiqətən Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Bilirsiniz, bu, adi bir hal deyildir. Şəhərin mərkəzində 17 mərtəbəli ofis-otel kompleksi tikilibdir. Bunu da özəl sektor yaradıbdır. Demək, bu, bazar iqtisadiyyatının əməli nəticəsidir və bunun dönməzliyidir. Bəli, bu, xarici sərmayə üçün inandırıcı bir haldır ki, Azərbaycanda şərait yaranıbdır. Hər bir sahibkar, sərmayədar gəlib sərmayə qoyub, iş görüb onun nəticəsini görə bilər. Bu da nümayiş olundu. Ən nəhayət, Bakının bugünkü görünüşü, əhval-ruhiyyəsi, insanların vəziyyəti. Mən yenə də dostum Süleyman Dəmirəlin sözlərini xatırlatmaq istəyirəm. Deyəsən o, 16-cı mərtbədə yaşayırdı. Bakı, Xəzər dənizi oradan çox gözəl görünür. Deyir, mən səhər durub baxdım ki, insanlar gedirlər. Hələ səhər erkən adamlar az idi. Sonra yavaş-yavaş insanlar, uşaqlar çoxaldı və oradakı parka gəlib, oturub istirahət edirdilər. Deyir ki, mən yanımda olan adamlara söylədim ki, baxın, Heydər Əliyevin Azərbaycanda yaratdığı sakitlik, sabitlik budur, - insanlar rahat gəzirlər, istirahət edirlər. O, oradan bunların hamısını müşahidə etmişdi, görmüşdü, öz təəssüratlarını mənə deyirdi. Amma bu, yeganə təəssürat deyildir. Belə bir təəssürat hamısında var idi. Yəni bu gün Azərbaycan demokratik yolla, sərbəst iqtisadiyyat yolu ilə gedən azad bir ölkə kimi göz qabağındadır və Azərbaycanın, Bakının bugünkü mənzərəsi, görünüşü respublikamıza gələn həm dövlət başçıları, həm başqa nümayəndələr, həm də nümayəndə heyətlərinin üzvləri üçün açıq-aydındır. Beləliklə, biz Azərbaycanı göstərdik. Yəni beş-altı il bundan öncə Azərbaycan haqqında olan fikri və bu gün Azərbaycan haqqında olan fikri göstərdik. Əgər o fikir kənarda Azərbaycan haqqında cürbəcür böhtanlar əsasında yaranmışdısa, bu fikir isə Azərbaycanın bugünkü gerçəkliyi və görünüşü əsasında yaranır. Həm ictimai-siyasi vəziyyət, sabitlik, həm də qurulmuş infrastruktur zəminində yaranır. Bilirsiniz ki, Bakı həmişə gözəl şəhər olubdur. Mən yenə də Süleyman Dəmirəlin sözünə qayıdıram. O deyir ki, nümayəndə heyətimizə bildirdim ki, xatirinizdədirmi, mən 1991-ci ildə Bakıya gələndə nələr var idi. İndi görün, Azərbaycan nə yerdədir, nə vəziyyətdədir. Bəli, 1991-ci ildə buraya gələn adam o vaxt gördüyü ilə indi gördüyü arasında nə qədər fərq olduğunu söyləyir. Bunu dərhal görmək mümkün olur. Beləliklə, bu konfrans bizə belə bir böyük imkan da verdi və biz bundan istifadə edərək bundan sonra da Azərbaycanın həqiqətlərini, bugünkü reallığını, gerçəkliyini hər yerdə, hər ölkədə göstərməliyik, yaymalıyıq, təbliğ etməliyik. Bu, ona görə lazımdır ki, bizi daha da tanısınlar. Bir də ona görə lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycan haqqında yaranmış mənfi fikirləri biz gərək tamamilə ləğv edək və konfransın keçirilməsi bunun üçün çox böyük vasitə olmuşdur. Konfransın işi, onun nəticələri, hesab edirəm ki, bundan sonra da təhlil və təbliğ olunmalıdır. Konfransa hazırlığın Azərbaycan ictimaiyyəti üçün bir əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycanda ictimaiyyət tarixi İpək yolunun nə olduğunu bildi. Bəlkə də ayrı-ayrı insanlarda İpək yolu haqqında çox az məlumat var idi, amma indi İpək yolu ictimaiyyətimiz üçün açıldı. Məsələn, təsəvvür edin, bu konfransın hazırlanması Azərbaycanda İpək yoluna həsr olunmuş nə qədər elmi konfransların keçirilməsinə səbəb oldu. Elmi araşdırmalar aparılır, kitablar yazılır. Artıq "İpək yolu" jumalı çıxır, gərək ki, onun iki nömrəsi çıxıbdır. Qəzet nəşr olunur. Onlar ingilis dilində də çap olundu, nümayəndə heyətlərinə də verildi. Yaxud, bizim Prezident Aparatının humanitar siyasət şöbəsi İpək yoluna həsr olunmuş bir yaxşı kitab hazırladı. Orada çox gözəl tarixi xəritələr, materiallar toplandı və gələn nümayəndələrin hamısına verildi. Mən sizə demişdim, o kitabın tirajını artırmaq lazımdır və ümumiyyətlə, yaymaq lazımdır. Çünki o kitabda Azərbaycanın və İpək yolunun keçmiş, tarixi xəritələri vardır. Onları, ola bilsin ki, ayrı-ayrı alimlər, tədqiqatçılar bilirlər. Amma bizim ictimaiyyət bilmir. Ancaq bunu bilmək lazımdır. Çünkı artıq yeni proqram meydana çıxıbdır və o proqram da bundan sonar illər boyu həyata keçiriləcəkdir. Yəni konfransa qədər çox işlər görülmüşdür. Amma hesab edirəm ki, indi, konfransdan sonra bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə daha çox işlər görə bilərlər, kitablar, elmi əsərlər yaza bilərlər, bu məsələni dərindən tədqiq edə bilərlər və konfransın nəticələrini təhlil edə bilərlər. Ona görə də konfransın nəticələri, imzalanmış sənədlər geniş təbliğ olunmalıdır, onun mahiyyəti, mənası ictimaiyyətə çatdırılmalıdır və bu barədə mütəmadi iş aparılmalıdır. Güman edirəm ki, bu tədbirlər hazırlanan sənədlərdə öz əksini tapacaqdır. Ancaq mən indidən bunu deyirəm ki, bizim müvafiq elmi təşkilatlar, dövlət orqanları bu məsələlərlə ciddi məşğul olsunlar. Tarixi İpək yolunun bərpası ilə əlaqədar keçirilmiş Bakı Beynəlxalq konfransı XXI əsr üçün yeni böyük bir proqram açdı. İndi dünyada son 10 ildə baş vermiş dəyişikliklərlə əlaqədar bir neçə proqram yaranıbdır. Bu proqramların bəzisi regional xarakter daşıyır, bəzisi bir neçə regionu birləşdirir. Hər birinin özünəməxsus əhəmiyyəti vardır. Biz Avropa Birliyi ilə birgə yeni böyük bir proqram irəli sürdük. Bu proqram isə Avropanın Asiya ilə birləşməsi və burada Qafqazın, o cümlədən xüsusən Azərbaycanın rolu və əhəmiyyətidir. Güman edirəm ki, XXI əsrdə bu proqram genişlənəcək, inkişaf edəcəkdir. Ancaq biz XXI əsrə doğru gedərək həm ölkəmiz, həm regionumuz, həm də bəşəriyyət üçün yeni bir proqramın irəli sürülməsinin iştirakçısıyıq və bununla əlaqədar keçirilən konfransın təşkilatçısıyıq. Biz çalışmalıyıq ki, bundan sonra da öz rolumuzu göstərə bilək. Konfransın yekunlarından biri də ondan ibarətdir ki, proqramın həyata keçirilməsi üçün daimi katiblik yaradılıb və daimi katibliyin də Bakıda yerləşməsi qərara alınıbdır. Mən deməliyəm ki, bu qərar da asanlıqla qəbul olunmayıbdır. Çünki bu proqramda iştirak edən bir neçə başqa ölkələr də arzu edirdilər ki, katiblik onların ölkəsində yerləşsin. Bu qərarın da əhəmiyyətinin nədə ibarət olduğunu izah etməyə ehtiyac yoxdur. Ancaq bizim gördüyümüz işə qiymət verildiyinə görə və bizim səylərimiz nəticəsində sazişi imzalayan əsas ölkələrin hamısı razı oldular ki, birincisi, katiblik təsis olunsun, ikincisi də bu katiblik Bakıda, Azərbaycanda yerləşsin. Bu, konfransın yekunu olaraq bizə göstərilən böyük etimaddır, qayğıdır. Beləliklə, biz bu proqramın həyata keçirilməsi barəsində öz uzərimizə böyük məsuliyyət götürmüşük. Təsəvvür edin, indi dünyada belə proqramlar çoxdur. Məsələn, Qara dəniz hövzəsi dövlətlərinin İqtisadi Əməkdaşlıq Təşkilatı vardır, onun katibliyi İstanbulda yerləşir. Bu da təbiidir. Çünki vaxtilə, 1992-ci ildə Türkiyənin Baş naziri Süleyman Dəmirəlin təşəbbüsü ilə belə bir təşkilat yaranıbdır. Yaxud İqtisadi Əməkdaşlıq təşkilatı vardır, onun katibliyi Tehranda yerləşir. Bu da məlumdur. Başqa belə təşkilatlar vardır və onların katibliyi ayrı-ayrı ölkələrdə yerləşir. Ancaq Böyük İpək yolu, Avropanı və Asiyanı bir-birinə bağlayan, birləşdirən proqramı həyata keçirən təşkilatın katibliyi Azərbaycanda yerləşir. Bir də qeyd edirəm, bu, bizə göstərilən böyük etimaddır və bizə bu proqramın həyata keçirilməsi sahəsində səy göstərmək üçün imkanlar yaradıbdır. Biz bunu da qiymətləndirməliyik və bu etimadı doğrultmağa çalışmalıyıq. Beləliklə, bizim Avropa Birliyi ilə uğurlu əməkdaşlığımızın nəticəsində, TRASEKA proqramına qəbul olunmuş ölkələrlə əməkdaşlığımızın nəticəsində və bu sahədə göstərdiyimiz təşəbbüslərin nəticəsində Azərbaycanda böyük beynəlxalq konfrans keçirildi və biz də bu gün bunun nəticələrini görürük. Mən sizi və bütün Azərbaycan xalqını, vətəndaşlarını bu böyük və tarixi hadisə münasibətilə bir daha təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu proqramın həyata keçirilməsi üçün dəyərli işlər görəcəyik və bu vasitə ilə Avropa ilə Asiya arasında olan inteqrasiya prosesinə öz xidmətimizi göstərəcəyik, Azərbaycanın Avropa-Asiya əməkdaşlığında daha da əhəmiyyətli rolunu təsdiq edəcəyik.

Mən əminəm ki, biz bundan sonra da beynəlxalq aləmdə Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin əhəmiyyətini nümayiş etdirəcək və respublikamızı azad, sərbəst, müstəqil ölkə, dövlət kimi bundan sonra da irəliyə aparacağıq. Mənim sizə çatdıracağım sözlər bundan ibarətdir. Bugünkü müşavirənin də məqsədi beynəlxalq konfransın yekunları haqqında mülahizələrimi sizə çatdırmaqdan ibarətdir. Sizin mənə bir sözünüz varmı? Varsa, buyurun. Sualınız, başa düşülməyən heç bir məsələ yoxdur ki, hər şey aydındırmı?

* * *

Artur Rasizadə: Cənab prezident, komissiyanın ünvanına dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Əsas həqiqət ondan ibarətdir ki, beynəlxalq konfransın hazırlanması, keçirilməsi, orada qəbul olunmuş sənədlər ilk növbədə Sizin uğurunuzdur. Bu beynəlxalq konfrans Sizin adınızla bağlıdır. Səkkiz ölkənin prezidentlərinin də Azərbaycana gəlməsi onların Sizə olan hörmətinin və apardığınız siyasətin nəticəsidir. Cənab prezident, bütün bunlara görə Sizi bir daha ürəkdən təbrik edirik. Sizi əmin edirik ki, qarşımızda qoyduğunuz vəzifələrin yerinə yetirilməsi üçün gecə-gündüz çalışacağıq.

Cənab prezident, bugünkü müşavirədə iştirak edənlərin hamısının adından Sizə minnətdarlığımı bildirirəm. Yenə də təkrar edirəm, bu beynəlxalq konfrans Sizin adınızla bağlıdır. Möhtərəm prezident, Siz bu konfransın hazırlanmasında və keçirilməsində bizim rastlaşdığımız çətinliklər haqqında danışdınız. Doğrudan da, bu beynəlxalq konfransın başqa ölkələrdə keçirilməsi məsələsi qarşıya çıxmışdı. Cənab prezident, məhz Siz konfransın Bakıda keçirilməsinə nail oldunuz. Hər bir xırda və böyük məsələ cənab prezıdentin nəzarəti altında idi. Bunun nəticəsində konfrans həqiqətən də çox böyük uğurla başa çatdı. Cənab prezident, Sizə təşəkkür edirəm və mmnətdarlığımızı bildirirəm. Bir daha deyirəm ki, bu beynəlxalq konfransın Bakıda keçirilməsi Sizin adınızla, şəxsiyyətinızlə bağlıdır. Çox sağ olun.