Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana rəsmi səfərə gələn Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayevin Binə hava limanında qarşılanması mərasimində bəyanatı - 23 aprel 1997-ci il


Hörmətli dostumuz, Qırğızıstan Respublikasının prezidenti cənab Əsgər Akayev!

Sizin Azərbaycan Respublikasına ilk rəsmi səfəriniz münasibətilə məmnun olduğumu bildirirəm, Sizə "Qədim Azərbaycan torpağına xoş gəlmisiniz!" deyirəm.

Qırğızıstanla Azərbaycan arasında olan dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi var. Biz bu əlaqələrin yeni mərhələsini yaşayırıq. Qırğızıstan və Azərbaycan müstəqil dövlətlərdir. Ölkələrimiz, dövlətlərimiz arasında dostluq əlaqələri yaranıb və ümidvaram ki, Sizin Azərbaycana rəsmi səfəriniz bu əlaqələrin inkişaf etməsinə təkan verəcək, kömək edəcəkdir. Sizi Azərbaycanda xoş görüşlər, mehriban qonaqpərvərlik gözləyir.

Bizim ölkəmizə xoş gəlmisiniz, səfa gətirmisiniz! Sağ olun.