Ekologiya və ətraf mühitin mühafizəsi nazirlərinin İstanbul görüşünün iştirakçılarına Azərbaycan Prezidenti Heydər Əliyevin təbriki - 5 iyul 1994-cü il


Ekologiya və ətraf mühitin mühafizəsi nazirlərinin İstanbulda keçirilən görüşünün bütün iştirakçılarını dərin məmnuniyyət hissi ilə salamlayıram.

BMT-nin mühit və inkişaf məsələlərinə dair 1992-ci ildə Rio-de-Janeyroda keçirilmiş konfransı ekologiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafında mühüm mərhələ olmuşdur. Konfransda qəbul edilmiş "XX əsrin gündəliyi" adlı yekun sənədi bəşəriyyətin müasir inkişafının bir çox aktual problemlərinin həllinə yönəldilən konkret fəaliyyət proqramıdır.

BMT-nin ətraf mühitə və inkişafa dair konfransının tam hüquqlu iştirakçısı olan Azərbaycan Respublikası onun fəaliyyət proqramını və orada şərh edilmiş beynəlxalq əməkdaşlıq prinsiplərini tamamilə bəyənir.

Güman edirəm ki, sizin görüşünüz gələcək üçün fəaliyyətin üstün istiqamətlərini və konkret proqramını müəyyənləşdirəcəkdir. Ekologiya və ətraf mühitin mühafizəsi nazirlərinin görüşünün bütün iştirakçılarını və qonaqlarını təbrik edirəm, sizə və xalqlarınıza ətraf mühitin mühafizəsi kimi çox nəcib işdə müvəffəqiyyətlər arzulayıram.