Xəzəryanı ölkələr


Xəzər dənizini əhatə edən 5 dövlət - Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan. Xəzərsahili ölkələr arasında Xəzər dənizinin mineral və təbii resurslarından istifadə barədə (hüquqi status) hərtərəfli saziş yoxdur. Yalnız Azərbaycan, Rusiya və Qazaxıstan dənizin dibinin milli sektorlara əsasən bölünməsində razılığa gəlib. Bütün tərəfləri təmin edən sazişin hazırlanması məqsədilə 5 ölkə arasında müzakirələr davam edir.