Sovetlər İttifaqı


1922-1991-ci illərdə Avropa və Asiyada 15 respublikanın ittifaqı nəticəsində mövcud olmuş dövlət. 29 dekabr 1922-ci ildə Rusiya, Ukrayna və Belarus və Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan) sovet respublikaları arasında SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) yaradılması haqqında müqavilə imzalanıb. 30 dekabr 1922-ci il I sovetlər qurultayında müqavilə təsdiq edilib. Daha sonra ittifaqa 9 respublika qoşulub və iştirakçıların sayı 15-ə çatıb. 26 dekabr 1991-ci ildə Sovet İttifaqının mövcudluğuna son qoyulub və tərkibindəki 15 respublika yenidən müstəqil dövlətlərə çevrilib.