Türkiyə Respublikasının Prezidenti əlahəzrət Süleyman Dəmirəl cənablarına - 28 oktyabr 1994-cü il


Əziz və hörmətli Süleyman bəy!

Türkiyə Respublikasının milli bayramı - Respublikanın elan olunması günü münasibətilə Sizi və bütün dost Türkiyə xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, azərbaycanlıların qəlbində Türkiyənin xüsusi yeri var. Əminəm ki, ölkələrimiz arasında dostluq və sıx əməkdaşlıq əlaqələri xalqlarımızın tərəqqisi işinə xidmət edəcək, onların hər ikisi üçün faydalı olacaqdır.

Bu əzəmətli bayram günündə bütün dost Türkiyə xalqına bir daha səmimi-qəlbdən dinclik, firavanlıq, tərəqqi arzulayıram.

Sizi qucaqlayır və öpürəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.