Qırğızıstan Respublikasının Prezidenti cənab Əsgər Akayevə - 29 mart 1994-cü il


Möhtərəm cənab Prezident!

Qardaş qırğız xalqının məruz qaldığı təbii fəlakət xəbəri məni və bütün Azərbaycan xalqını dərindən sarsıtdı. Fəlakət nəticəsində çoxsaylı insan qurbanları, respublikanıza dəyən böyük ziyan və çoxsaylı dağıntılarla əlaqədar dərdinizi bölüşür və kədərlənirik.

Həlak olanların ailələrinə və yaxınlarına, bütün qırğız xalqına başsağlığı veririk.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.