Total


Neft hasilatının həcminə görə dünyanın ən iri on neft şirkətindən biridir. 1924-cü ildə Fransa neft şirkəti adı ilə yaradılan şirkət 1985-ci ildən "Total" adlanır. Mərkəzi ofisi Parisdə yerləşən şirkətin 111 min əməkdaşı var. 130 ölkədə fəaliyyət göstərən şirkət ildə 130 milyon ton neft hasil edir. 2005-ci ildə şirkətin xalis mənfəəti 12,3 milyard yevro təşkil edib. Şirkət keçən əsrin 90-cı illərindən etibarən Azərbaycanda, Qazaxıstanda və Rusiyada fəaliyyət göstərməyə başlayıb. 2003-cü ildə Fransanın digər iri neft şirkəti "Elf Akiten" şirkətini alıb.