Beynəlxalq məclisin iştirakçılarını səmərəli nəticələr əldə ediləcəyinə səmimi ümidlərlə salamlayıram. Onun mürəkkəb dövrümüzdə keçirilməsi, məclisdə bir çox ölkələrdən olan geniş profilli tədqiqatçı alimlərin iştirakı sübut edir ki, XXI əsrin astanasında bütün dünya birliyi qarşısında duran problemlərin həlli kollektiv və gərgin iş tələb edir. Bunun dərin rəmzi mənası var ki, beynəlxalq simpozium haqlı olaraq dünya elmi və sənayesinin beşiklərindən biri sayılan Bakı şəhərində toplaşmışdır. Onun bütün iştirakçılarını salamlayaraq, ümidvar olduğumu bir daha bildirmək istəyirəm ki, fundamental elmlər sahəsində Azərbaycanda olan nəzəri və praktiki potensial, Azərbaycan alimlərinin bir çox ölkələrdəki həmkarları ilə geniş yaradıcılıq əlaqələri simpoziumun səmərəli işi üçün bütün lazımi şəraiti yaradacaqdır. Bəşər birliyinin müasir inkişafının bütün istiqamətlərinə dair optimal qərarlar axtarılması, gələcəyə doğru irəliləyişi təmin edəcək qeyri-standart yolların axtarışı buna imkan yaradacaqdır ki, biz ekoloji dövr adlanan yeni dövrün sınaqlarından layiqincə çıxacağıq.
Sizə uğurlar və ümumi tərəqqiyə nail olmağa yönəldilmiş bütün planların həyata keçirilməsini arzulayıram.
"Müstəqilliyimiz əbədidir" Heydər Əliyev, I kitab, Azərnəşr, Bakı -1997-ci il.