Görkəmli səyyah və alim Tur Heyerdala - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli Tur Heyerdal, sizi - dünya şöhrətli səyyahı və alimi, Azərbaycanın böyük dostunu anadan olmağınızın 85 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Tədqiqatlarınızı, Azərbaycanın qədim maddi mədəniyyət abidələrinin, Azərbaycan-Norveç tarixi əlaqələrinin araşdırılması və təbliği ilə bağlı fəaliyyətinizi yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.