Davos İqtisadi Forumu


Alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla başlayıb. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum, avropalı biznesmenlərin ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Lakin 1970-ci illərin ikinci yarısından etibarən əlaqədar mövzuların məşhur iqtisadçı, biznesmen və siyasətçilərin iştirakıyla geniş bir platformada ələ alınması, forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi.