İqtisadi Əməkdaşlıq Təşkilatı


1985-ci ildən Inkişaf üçün Regional Əməkdaşlıq Təşkilatının (İRƏT) varisi kimi fəaliyyətə başlayıb. İRƏT 1977-ci ildən 3 təsisçi dövlət - Türkiyə, Pakistan və İran tərəfindən regionda davamlı iqtisadi inkişafa nail olmaq məqsədi ilə imzalanan İzmir müqaviləsi əsasında fəaliyyət göstərib. 1992-ci ildən 7 yeni dövlət - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan İƏT-ə könüllü üzv qəbul edildikdən sonra təşkilat öz fəaliyyətini daha da genişləndirib. 1993-cü ildən başlayaraq üzv ölkələr arasında və regionda nəqliyyat sektorunun inkişafını təmin etmək məqsədini qarşıya qoyub.