Xalq rəssamı Tahir Salahova - 15 dekabr 1993-cü il


Hörmətli Tahir Teymur oğlu!

Sizi anadan olmağınızın 65 illiyi ilə əlaqədar ürəkdən təbrik edirəm!

Əmin olduğumu bildirmək istəyirəm ki, Siz bundan sonra da xalqımızın mədəniyyətinin dünya miqyasında təbliğ edilməsi, onun mənəviyyatının, bədii-estetik zövqünün zənginləşdirilməsi, gənc rəssamlarımızın böyük sənətə cəlb olunması naminə səylərinizi əsirgəməyərək, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinə yeni töhfələr verəcəksiniz.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

Tarixi arayış

MƏDƏNİYYƏT