Dağlıq Qarabağ


Azərbaycan Respublikasının qərb hissəsində bölgə. Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi nəzərdə tutulur. Azərbaycan Respublikası ümumi ərazisinin 4,4 min kv.km-ni və ya 5,1 faizini təşkil edirdi. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur . Vilayətin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Xocavənd və Şuşa inzibati rayonları daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı, Ermənistan Respublikasının işğalı altındadır.