Nəsirəddin Tusi ‎‎(1201-1274)‎


Azərbaycan alimi, filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas. Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır.