Birləşmiş Millətlər Təşkilatı

\"\"1945-ci ildə sülh, təhlükəsizlik və beynəlxalq əməkdaşlığın qorunması və gücləndirilməsi məqsədilə dövlətlərin yaratdıqları beynəlxalq təşkilat. Azərbaycan Respublikası 1992-ci ildən bu təşkilatın üzvüdür.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal olunması ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilib. Qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması tələbi səslənsə də, onlara bu günə kimi əməl olunmayıb.