Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Kofi Annana təbriki - Bakı şəhəri, 30 iyun 2001-ci il

Hörmətli cənab Baş katib!

Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dünyanın ən nüfuzlu təşkilatlarından biri olan Birləşmiş Millətlər Təşkilatı Sizin rəhbərliyiniz ilə çox mühüm və məqsədyönlü fəaliyyət göstərir, yer üzündə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, insanların rifahı yolunda ardıcıl iş aparır.

Əmin ola bilərsiniz ki, Azərbaycan Respublikası bundan sonra da Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə həyata keçirilən bütün proqram və layihələrdə yaxından iştirak edəcək, minilliyin sammitinin irəli sürdüyü vəzifələrin həlli naminə səylərini davam etdirəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti