Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan Prezidenti ilə görüşdən sonra Türkiyənin “Sabah” qəzeti müxbirinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə sualına cavabı - Strasburq, Avropa sarayı, 10 oktyabr 1997-ci il

Bu münaqişənin həlli barədə Minsk qrupunun son planı var. Burada problemin iki mərhələdə həlli nəzərdə tutulur. Birinci mərhələdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş altı inzibatı rayonundan qoşunlar çıxarılmalı, həmin rayonların vətəndaşları oraya qayıtmalıdır. Bu rayonlar işğalçı qoşunlardan tamamilə azad ediləndən sonra ikinci mərhələ gəlir: Dağlıq Qarabağa status verilməsi, Laçın və Şuşa rayonlarının azad olunması. Ermənistan tərəfi də bu modeli qəbul edir.