Yəmən Respublikasının Prezidenti zati-aliləri cənab Əli Abdulla Salehə - Bakı şəhəri, 13 may 2002-ci il

Hörmətli cənab prezident!

Yəmən Respublikasının milli bayram münasibətilə sizi və bütün Yəmən xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 22 may 2002-ci il.