Xalq yazıçısı Hüseyn Abbaszadəyə - Bakı şəhəri, 22 noyabr 1997-ci il

Hörmətli Hüseyn Abbaszadə!

Sizi - Azərbaycanın xalq yazıçısını anadan olmağınızın 75 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Yaradıcılığa faşizmə qarşı müharibə illərində bir əsgər kimi başlayaraq siz vətənpərvərlik mövzusuna həmişə sadiq qalmısınız. Qəzet və jurnalların baş redaktoru olduğunuz dövrdə də yaratdığınız əsərlər respublikada ədəbi prosesin inkişafına öz töhfəsini vermişdir. Bu əsərlər gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərtərəfli şəxsiyyət kimi yetişməsi işinə xidmət etmişdir. Uzun illər Azərbaycan Yazıçılar İttifaqının katibi kimi fəaliyyətiniz də böyük təşkilatçılıq qabiliyyətinə malik olduğunuzu göstərir.

İnanıram ki, siz müstəqil Azərbaycanın ədəbi həyatında bundan sonra da fəal iştirak etməklə yaradıcılığınızın pərəstişkarlarını yeni əsərlərlə sevindirəcəksiniz. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.