Qafqaz xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə - 30 iyun 1993-cü il

Çox hörmətli şeyxülislam həzrətləri!

Bu gün qeyd olunan müqəddəs Aşura günü əsrlərdən bəridir ki, bir çox müsəlmanlar üçün ədalət naminə özünü qurban vermənin, düşmən qarşısında mətanət və səbrin simvolu hesab olunur.

Allah Kərbala şəhidlərinə, eləcə də Vətənimizin müstəqilliyi və azadlığı, torpaqlarımızın bütövlüyü naminə həyatlarını qurban vermiş bütün şəhidlərə rəhmət eləsin. Amin!

Heydər Əliyev,

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən, Azərbaycan Respublikası Ali Sovetinin sədri