Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin rəhbəri zati-aliləri cənab Müəmmər əl-Qəzzafiyə təbriki - Bakı şəhəri, 1 sentyabr 2000-ci il

Zati-aliləri!

Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin milli bayramı - Böyük İnqilab günü münasibətilə sizə və dost Liviya xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, sizə cansağlığı və səadət, ölkənizə sülh, tərəqqi və firavanlıq arzulayıram.

Əminəm ki, Azərbaycan ilə Liviya arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edib dərinləşəcək, xalqlarımızın mənafeyinə, regionumuzda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.