Hörmətli Aleksandr Qriqoryeviç!
Belarus Respublikasının dövlət bayramı - Müstəqillik günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Belarus arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, uğurlar, qardaş Belarus xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.