Hafiz Əsəd (və ya Hafiz əl-Əsəd) (1930-2000)

Suriyanın siyasi, hərbi və dövlət xadimi. 1971-2000-ci illərdə Suriyanın prezidenti. Prezidentliyi dövründə mərkəzi hökuməti və hakim BAAS partiyasının hakimiyyətini möhkəmləndirmək siyasəti yeridib. Dəfələrlə dövlət çevrilişi və üsyan cəhdlərinə baxmayaraq hakimiyyəti qoruyub saxlamağa nail olub. İKT-nin 13-15 dekabr 1994-cü il tarixli Kasablanka sammitində Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşüb və ikitərəfli danışıqlar aparıb.