Respublikanın xalq artisti Zəroş Həmzəyevaya - 24 oktyabr 1994-cü il

Hörmətli Zəroş xanım!

Sizi - Azərbaycan xalqının sevimli sənətkarını - şanlı yubileyiniz münasibətilə ürəkdən təbrik edir. Sizə ən səmimi arzularımı bildirirəm.

Siz Azərbaycan səhnəsində yaratdığınız unudulmaz qadın obrazları ilə sənətsevərlərin qəlbində əbədi məskən salmış, ecazkar sənətinizlə xalqımızın sevimlisi olmusunuz.

Sizə həyatınızda möhkəm cansağlığı, üzün ömür, yeni sənət uğurları diləyirəm.

Heydər Əliyеv,
Azərbaycan Respublikasının Prezidenti.