Füzuli rayonu

Azərbaycan Respublikasında inzibati rayon. Ərazisi - 1390 kvadrat kilometrdir. Əhalisi - 147,1 min nəfərdir. Avqustun 23-ü 1993-cü ildə Füzuli rayonu Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Rayondakı 80 məktəb, 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri tərəfindən talan edilmişdir. Dünyanın ən qədim yaşayış məskənlərindən biri - Azıx mağarası Füzuli rayonu ərazisindədir. Füzuli sakinlərinin 1100 nəfərdən çoxu işğal zamanı şəhid olmuş və itkin düşmüş, 113 nəfər girov götürülmüş, 1450 nəfər yaralanmışdır.