Hörmətli cənab Prezident!
Əfqanıstan İslam Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Əfqanıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasında təşəkkül tapmış dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti