Avropa Birliyi Komissiyasının sədri zati-aliləri Jak Santer cənablarına - 1 avqust 1994-cü il

Hörmətli cənab Jak Santer!

Avropa Birliyi Komissiyasının sədri seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, səadət, Avropa xalqlarının tərəqqisi naminə yorulmadan göstərdiyiniz fəaliyyətdə müvəffəqiyyətlər arzulayıram. Ümidvaram ki, regionda sülhün və əmin-amanlığın bərqərar olması, iqtisadi dirçəlişin təmin edilməsi ucun səylərinizi əsirgəməyəcəksiniz.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.