Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Estoniya Respublikasının Prezidenti zati-aliləri cənab Lennart Meriyə - Bakı şəhəri, 17 fevral 2001-ci il

Hörmətli cənab Prezident!

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Estoniya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasındakı dostluq və əməkdaşlıq əlaqələri daim xalqımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.