Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin АTƏT-in Minsk qrupunun ABŞ həmsədri Rudоlf Pеrinа ilə görüşü - Vаşinqtоn, Аzərbаycаn prеzidеntinin iqаmətgаhı – «Fеrmоnt» mеhmаnхаnаsı, 24 fеvrаl 2003-cü il

Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri səfir Rudolf Perinanı qəbul etmişdir.

Səfir Rudolf Perina dövlətimizin başçısını səmimiyyətlə salamlayaraq vurğuladı ki, Minsk qrupunun həmsədrləri özlərinin əməli fəaliyyətində Prezident Heydər Əliyevin fikirlərinə həmişə böyük əhəmiyyət verirlər.

Azərbaycan prezidenti ABŞ diplomatının onunla Vaşinqtonda görüşmək təşəbbüsünü bəyəndiyini söylədi.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsindən söhbət getdi. Prezident Heydər Əliyev dedi ki, uzun sürən bu münaqişənin indiyədək həll edilməmiş qalması mümkün deyildir. Azərbaycan xalqı, dövlətimiz vəziyyətin bundan sonra da belə davam etməsi, torpaqlarımızın işğal altında qalması ilə razılaşa bilməz. Ona görə  də bu vəziyyətə son qoymaq, münaqişənin tezliklə sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edilməlidir.

Səfir Rudolf Perina Azərbaycan rəhbərinin fikirləri ilə razılaşaraq bildirdi ki, Minsk qrupunun həmsədrləri də bu yöndə işləmək istəyirlər.

Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirildi.