Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri xanım Çandrika Kumaratunqaja təbriki - Bakı şəhəri, 1 fevral 2001-ci il

Hörmətli xanım Prezident!

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Şri-Lanka xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Şri-Lanka arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.