Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Suriya Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Bəşşar Əsədə məktubu - 10 aprel 2003-cü il

Hörmətli cənab prezident!

Suriya Ərəb Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 17 aprel 2003-cü il.