Sacilər dövləti

\"\"9-cu əsrin sonunda xilafətin siyasi hakimiyyətinin zəifləməsi tarixi Azərbaycan ərazisində müstəqil və yarımmmüstəqil dövlətlərin yaranmasına səbəb oldu. Həmin dövrdə cənubda Sacilər sülaləsinin yaratdığı yeni dövlət təşəkkül tapdı (898-941). Dövlətin yaranması mənşəcə usruşanalı türk olan xəlifə sərkərdəsi Əbu-s-Sac Divdadatın oğlu Məhəmmədin adı ilə bağlıdır. Sacilər sülaləsinin ən görkəmli nümayəndəsi, bütün Azərbaycan torpaqlarını ilk dəfə müstəqil dövlət çərçivəsində birləşdirə bilmiş Yusif ibn Əbu-s-Sac olmuşdur. Qərbdə Ani və Dvindən şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda Dərbəndədək olan geniş ərazi Sacilərə tabe oldu. 941-ci ildə Deyləm hakiminin oğlu, Salarilər nəslindən olan Mərzban ibn Məhəmməd Sacilərin Azərbaycandakı hakimiyyətinə son qoydu. Paytaxtı Marağa və Ərdəbil şəhərləri olmuşdur.