\"İnterfaks\" Müstəqil Agentliyinin Baş direktoru cənab Mixail Komissara - Bakı şəhəri, 29 sentyabr 1999-cu il

Hörmətli Mixail Vitalyeviç!

Sizi və həmkarlarınızı İnterfaks agentliyinin - hələ sovet dövründə yaranmış birinci müstəqil agentliyi 10 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Birlik ölkələrində və bütün dünyada baş verən hadisələrin operativ, obyektiv və hərtərəfli işıqlandırılması sahəsində İnterfaksın jurnalist kollektivinin işi ən yüksək qiymətə layiqdir. Agentliyin kanalları ilə daxil olan xəbərlər həmişə faktların zənginliyi, hadisələrin təhlilində obyektiv mövqe, informasiyanın geniş auditoriyaya ünvanlanması ilə seçilir.

Respublikanın həyatına dair doğru-düzgün informasiyanın yayılmasında, ümumi informasiya məkanında ənənəvi və yeni əlaqələrin inkişafında agentliyin rolunu Azərbaycanda xüsusi məmnunluqla qeyd edirlər.

Arzu edirəm ki, İnterfaks agentliyi daha da inkişaf etsin, daha böyük yaradıcılıq uğurları qazansın.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.