Zəngilan rayonu

Azərbaycan Respublikasında inzibati rayon. Ərazisi 707 km², əhalisi 37,4 min nəfərdir. 29 oktyabr 1993-cü il tarixində təcavüzkar Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Zəngilan rayonundakı 1 şəhər, 84 kənd və qəsəbə, 2 şərab, zavodu, çörək və konserv zavodu, 2 toxuculuq kombinatı, tikiş, mərmər və əhəng sexləri, 39 ümumtəhsil məktəbi, 3 yeddillik musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 1 kitabxana, 5 xəstəxana, 4 feldşer-mama məntəqəsi tərəfindən talan edilmişdir.