Tarixi İpək Yolunun Bərpası üzrə Bakıda keçirilmiş beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi - 8-9 sentyabr 1998-ci il

Hörmətli dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri!

Xanımlar və cənablar!

Sizi, tarixi Böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfransın iştirakçılarını səmimi salamlayıram.

Avropa Birliyi Komissiyası ilə birlikdə belə mötəbər məclisin təşkilatçısı olmaq Azərbaycan Respublikası üçün böyük şərəfdir.

Konfransımız yeni müstəqil dövlətlərə kömək edilməsi sahəsində Avropa Birliyinin göstərdiyi səmərəli səylərin nəticəsidir. Həmin köməyin bünövrəsini 1991-ci ildə təsis edilmiş TASİS proqramı qoymuşdur. TASİS-in milli və dövlətlərarası proqramları çərçivəsində bir çox mühüm layihələr həyata keçirilir və bunlar yeni müstəqil dövlətlərdə demokratik islahatlar, bazar islahatları aparılmasına kömək göstərir.

Belə layihələrdən biri də 1993-cü ilin mayında qəbul olunmuş «Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA)» proqramıdır. Avropa Birliyi Komissiyasının təklifi ilə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan nümayəndələrinin Brüsseldə görüşü olmuş və bu görüşdə regionun nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir.

Brüssel bəyannaməsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirmiş ilk beynəlxalq sənəd olmuşdur.

O vaxtdan bəri TRASEKA-nın işçi qruplarının Almatıda, Vyanada, Venesiyada, Afinada və Tbilisidə beş iclası keçirilmiş və bu iclaslarda mövcud nəqliyyat strukturlarının modernləşdirilməsinə və yeni obyektlərin tikilməsinə dair bir çox layihələr qəbul edilmiş və artıq qismən yerinə yetirilmişdir. Ukrayna və Monqolustan TRASEKA proqramının tam hüquqlu iştirakçıları olmuşlar.

TRASEKA proqramının uğurla həyata keçirilməsi, Avropa Birliyi Komissiyasının və iştirakçı ölkələrin gördükləri böyük iş, əməkdaşlığımızın konkret müsbət nəticələri daha genişmiqyaslı layihələr işlənib hazırlanmasına təkan vermişdir. Tarixi Böyük İpək yolunun bərpası bu layihələr arasında başlıca yer tutur.

Bununla əlaqədar olaraq, Avropa Birliyi Komissiyası və TRASEKA proqramının iştirakçısı olan ölkələr bu gün açdığımız Bakı Beynəlxalq konfransının keçirilməsi haqqında qərar qəbul etmişlər.

Konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edirlər.

Əminəm ki, tarixi Böyük İpək yolunun bərpası məsələlərinin müzakirəsi, konfransımızın nəticələri və yekunları milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir.

İcazə verin, konfransımızın hazırlanması, imzalanmağa təqdim olunmuş sənədlərin işlənib hazırlanması və razılaşdırılması üçün gördüyü böyük işə görə TRASEKA-nın işçi qrupuna təşəkkür edim.

Konfransın təşkilində köməyinə görə, demokratik islahatların, bazar islahatlarının aparılmasında, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində yeni müstəqil dövlətlərə böyük maliyyə yardımı və texniki yardım göstərdiyinə görə Avropa Birliyi Komissiyasına təşəkkür edirəm.

Dəvətimizi qəbul edib, Bakı şəhərinə gəlmiş bütün konfrans iştirakçılarına təşəkkürümü bildirirəm, onlara qonaqpərvər Azərbaycan torpağında uğurlu iş arzulayıram.

Tarixi Böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfransı açıq elan edirəm.

Yekun nitqi

Hörmətli dövlət başçıları, nümayəndə heyətlərinin rəhbərləri, konfrans iştirakçıları!

Tarixi Böyük İpək yolunun bərpası üzrə Bakı beynəlxalq konfransı öz işini başa çatdırdı.

Konfransın işinin başa çatması və əsas sənədlərin - əsas sazişin, Bakı Bəyannaməsinin və ümumi rəsmi məlumatın imzalanması münasibətilə sizi təbrik edirəm.

Hesab edirəm, tarixi Böyük İpək yolunun bərpası üzrə Bakı beynəlxalq konfransının çox böyük tarixi əhəmiyyəti olan hadisəyə çevrildiyini desəm, yanılmaram.

Konfransda bütün nümayəndə heyətləri çıxış etdilər - 45 çıxış oldu. Bu çıxışlarda çox mühüm fikirlər söyləndi və təkliflər irəli sürüldü. Şübhəsiz ki, bunlar gələcək birgə işimizə kömək göstərəcəkdir.

Konfransın hazırlanması və onun uğurla başa çatması bizim birgə səylərimiz nəticəsində mümkün olmuşdur. Ancaq eyni zamanda Avropa komissiyasının gördüyü böyük işi konfransın bütün iştirakçıları adından vurğulamağı zəruri hesab edirəm. Beş il bundan önсə 1993-сü ilin may ayında Qafqaz və Mərkəzi Asiyanın səkkiz dövlətinin nümayəndələri Avropa Birliyi Komissiyasının təşəbbüsü ilə Brüsseldə görüşdülər və nəqliyyatın, Avropanı, Qafqazı və Asiyanı birləşdirən bütün kommunikasiya növlərinin inkişaf etdirilməsinə dair əməkdaşlığın başlanğıсını qoydular.

O vaxtdan beş il keçmişdir. Bu gün biz şahidi oluruq ki, həmin zəmin çox dəyərli, etibarlı olmuş və böyük beynəlxalq təşkilata çevrilmişdir. Biz bu konfransda da gördük ki, konfrans iştirakçılarının hamısı gördüyümüz işin vaсibliyi, əhəmiyyəti və böyük gələcəyi haqqında necə maraqla danışdılar.

Ötən beş il ərzində Avropa Birliyi Komissiyası böyük iş görmüşdür. O, bu konfransın hazırlanması sahəsində də böyük iş görmüşdür. Ümidvarıq ki, indi, mühüm sənədlər imzalandıqdan sonra biz hamımız gələсəkdə də Avropa Birliyinin, Avropa Birliyi Komissiyasının dəstəyindən və yardımından bəhrələnəсəyik.

Konfransda dövlət başçılarının, ölkə prezidentlərinin iştirak etməsi onun işinə xüsusi əhəmiyyət verir. Konfransın hazırlanmasında da maraqla iştirak etdiklərinə görə, çox dəyərli, mühüm çıxışlarına və bizim birgə gördüyümüz böyük işə görə dövlət başçılarına, prezidentlərə minnətdarlığımı bildirmək istəyirəm.

Gün ərzində konfransın bütün iştirakçıları öz səylərini birləşdirdilər və bu salonda qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq mühiti hökm sürürdü. Bu onu göstərir ki, tarixi Böyük İpək yolunun bərpa və inkişafının zəruriliyi məsələsində biz hamımız yekdilik.

Zənnimсə, konfransımızın səсiyyəvi xüsusiyyəti odur ki, Avropa-Qafqaz-Asiya transqafqaz magistralı əsasında Avropa ilə Asiya arasında sıx əməkdaşlıq, əlaqə son dövrdə ilk dəfə olaraq bu konfransda xüsusi xarakter kəsb edir. Avrasiya məkanı nümayəndələrinin burada iştirakı da Avropa və Asiyanın sıx inteqrasiyasını səсiyyələndirən çox ciddi dəyişikliklərdən xəbər verir.

Bu konfrans bizim üçün, Azərbayсan üçün xüsusi əhəmiyyətə malikdir. Azərbayсana belə böyük şərəf göstərildiyinə və belə mühüm beynəlxalq konfransın Azərbayсanda, Bakıda keçirilməsinə görə Avropa Birliyi Komissiyasına, konfransın işində iştirak edən dövlətlərin prezidentlərinə, başçılarına, bütün ölkələrə təşəkkür etmək istəyirəm.

Hamınızı əmin etmək istəyirəm ki, sizin bu etimadınızı biz yüksək qiymətləndiririk və Avropa ilə Asiya arasında körpünün həqiqətən çox səmərəli olması üçün, tarixi Böyük İpək yolunun bərpası proqramının həyata keçirilməsində öz borcumuzu yerinə yetirmək üçün hər şeyi edəcəyik.

İqamətgahı Azərbayсanda olmaqla tarixi Böyük İpək yolunun bərpası üzrə təşkilatımızın katibliyinin təsis olunması haqqında qəbul edilmiş qərara görə hamınıza təşəkkür edirəm. Hesab edirəm ki, biz bu gün imzalanmış sənədləri ümumi səylərimizlə reallaşdıraсağıq və şübhəsiz, katiblik ümumi vahid orqanımızı təmsil edəсək, öz vəzifələrini layiqincə yerinə yetirəсəkdir.

Bu gün Azərbayсanda, bəlkə də, onun tarixində, daha dəqiq desək, dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfə olaraq belə bir beynəlxalq konfrans keçirilmiş, 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri burada, Bakıda toplaşmışlar. Biz bunu müstəqil, suveren Azərbayсana, ölkəmizə böyük hörmət kimi qəbul edirik və bu etimada, hörmətə layiq olmaq üçün bütün tədbirləri görəcəyik.

Bugünkü konfrans bizim hamımızı daha da yaxınlaşdırdı, bizi daha çox əməkdaşlığa, qarşılıqlı anlaşmaya, dostluğa çağırır. İnanıram ki, daha fəal əməkdaşlıq edə bilməyimiz, hər bir ölkədə və bütün Avrasiya məkanında sülhü, firavanlığı və əmin-amanlığı təmin edə bilməyimiz üçün bu konfrans öz rolunu oynayacaqdır.

Hörmətli dövlət başçıları, indi isə sizi xatirə şəkli çəkdirməyə dəvət edirəm.

Tarixi Böyük İpək yolunun bərpası üzrə Bakı beynəlxalq konfransını bağlı elan edirəm.

"Azərbaycan" qəzeti, 10 sentyabr 1998-ci il.