Əziz həmvətənlər!
Respublikamızın bütün yəhudi vətəndaşlarını Roş-Ha-Şana-yəhudi təqvimi ilə təzə il münasibətilə ürəkdən təbrik edirəm. Bu qədim bayram dünya yəhudiləri üçün təkcə yeni ilin başlanğıcı deyil, həm də insanların etiraf və tövbə, paklaşma və yeniləşmə çağıdır.
Bu bayram münasibətilə yəhudi qardaş və bacılarımıza cansağlığı, xoşbəxtlik, səadət diləyir, ölkəmizdə milli həmrəyliyin daha da möhkəmləndirilməsi, doğma evimiz - suveren Azərbaycanın çiçəklənməsi naminə hamılıqla səyləri artırmağı arzulayıram.
Allah eləsin - təzə il əmin-amanlıq, şad xəbərlər, gerçəkləşən xoş arzular ili olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 26 sentyabr 1995-ci il.