S.Rob Sübhani (1960), ABŞ-ın “Kəspian enerci konsaltinq” şirkətinintin prezidenti

Dörd-beş il bundan öncə Amerikanın kütləvi informasiya vasitələrində verilən məlumatların, demək olar ki, hamısında Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfi günahkar kimi təqdim olunurdu. Bu fikri Amerikanın çoxlu dövlət və siyasi xadimləri də müdafiə edirlər. İndi artıq hamı bilir ki, Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunub, nəticədə bir milyondan çox dinc əhali qaçqın vəziyyətinə düşmüşdür. Hamıya məlum ki, bu münaqişədə Ermənistan tərəfı günahkardır.

Prezident Heydər Əliyevin ABŞ-a və digər xarici xarici ölkələrə səfərləri zamanı apardığı ağıllı siyasət dünyada ermənilər tərəfindən Azərbaycanın əleyhinə formalaşdırılan mənfi obrazı yox etmişdir. Cənab Heydər Əliyevin xarici səfərləri zamanı jurnalistlərin suallarına məntiqi cavabları, onun natiqlik məharəti, güclü yaddaşı da az rol oynamamışdır. Heydər Əliyev xarici səfərləri zamanı bilərəkdən jurnalistlərlə səmimi ünsiyyət saxlayır. Jurnalistlər də öz növbəsində, bu böyük siyasi xadimdən çox şey öyrənir, onun fıkirlərini informasiya vasitələri ilə ictimaiyyətə çatdırırlar. Prezident Heydər Əliyevin belə ağıllı siyasəti Azərbaycan ətrafında yaranmış informasiya blokadasının dağılmasına gətirib çıxarmışdır.

ABŞ-ın rəsmi mövqeyinin dəyişməsində Prezident Heydər Əliyevin üç dəfə Prezident Klintonla, vitse-prezident Qorla və dövlət katibi Kristoferlə görüşləri əsas rol oynamışdır. Həmin görüşlərdə Prezident Heydər Əliyev Qarabağ münaqişəsinin əsl mahiyyətini onlara çatdıra bilmiş, Ermənistanın tutduğu təcavüzkar mövqeyi izah etmişdir. Həmin görüşlərin hər birinin Amerikanın rəsmi dairələrinin mövqeyinin dəyişməsində müstəsna rolu olmuşdur.

Ağ evdə və ümumiyyətlə, Amerikanın siyasətçiləri Prezident Heydər Əliyevin fəaliyyətinə belə qiymət verirlər ki, o, ölkədə sabitlik yaratmışdır. ABŞ-da yaxşı bilirlər ki, indiki Azərbaycan şəraitində bu, çox çətin bir işdir. Amerikada onu da yaxşı bilirlər ki, Prezident Heydər Əliyev, həqiqətən, Azərbaycanın müstəqilliyini istəyir və onu qoruyub saxlamaq üçün hər cür müqavimətlərə mərdliklə sinə gərir. Buna görə də Amerikanın dövlət xadimləri Heydər Əliyevlə işləməyə üstünlük verirlər. Ağ evin nümayəndələri hesab edirlər ki, Heydər Əliyev, həqiqətən, öz ölkəsini hədsiz dərəcədə sevir və öz ömrünü xalqına həsr etmişdir, onun başqa bir məqsədi yoxdur. Bu, çox mühüm bir faktdır. Çünki elə siyasi xadimlər var ki, hakimiyyətə gəlirlər, amma onlarda öz vətənini sevmək kimi istək yoxdur. Həmin siyasətçilər, sadəcə olaraq, müəyyən müddətə hakimiyyətə gəlib siyasi ehtiraslarını öldürürlər.

Amerikanın məşhur siyasi və dövlət xadimi Zbiqnev Bjezinski Bakıya gələndə Prezident Heydər Əliyevlə və müxalifətin nümayəndələri ilə görüşdükdən sonra öz fıkirlərini Amerika mətbuatında belə ifadə etmişdir: “Bu gün Azərbaycanı idarə edə biləcək şəxs yalnız Heydər Əliyevdir. Çünki sabitlik müstəqillik və demokratiyanın əsasıdır. İndiki halda Azərbaycanda sabitliyi saxlaya biləcək yeganə siyasi xadim Heydər Əliyevdir”. Bjezinskinin fikrincə, indiki Azərbaycan şəraitində birinci sabitlik, sonra isə demokratiya lazımdır. O, Bakıya gələndə Heydər Əliyevlə bir dəfə görüşməyi nəzərdə tutmuşdu. Lakin onun Heydər Əliyev şəxsiyyətinə olan marağı, bu nəhəng siyasətçilərin bir-birini yaxşı anlaması nəticəsində onlar dörd dəfə görüşdülər.

Cənab Bjezinski ABŞ-a qayıdarkən Prezident Klintonla görüşmüş, ona Azərbaycanda keçirdiyi görüşlər barədə ətraflı məlumat vermişdir. Mətbuatda çıxış edib Azərbaycandakı real vəziyyəti Amerika ictimaiyyətinə çatdırmışdır. Bjezinski ABŞ-da çox nüfuzlu şəxsdir və onun fıkirlərini amerikalılar yüksək qiymətləndirirlər...

Yaxın bir müddətdə Azərbaycan çətin vəziyyətdən çıxacaqdır. Çünki Azərbaycanın güclü iqtisadi potensialı və hər sahə üzrə savadlı mütəxəssisləri var. Ən başlıcası isə, Azərbaycanda siyasi sabitlik hökm sürdüyünə görə, xarici firmalar, biznesmenlər ölkəyə böyük maraq göstərir. Hansı ölkəyə tanınmış firmalar, biznesmenlər gəlirsə, deməli, həmin ölkənin gələcəyi var. Əminəm ki, Heydər Əliyev bu gələcəyi təmin edəcəkdir.

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.303-307