\"Sülh naminə tərəfdaşlıq\" proqramı

NATO Dövlət və Hökumət Başçılarının 10-11 yanvar 1994-cü il iclasındakı edilmiş dəvətə əlavə olaraq Şimali Atlantika Şurasının üzv dövlətləri və bu sənədə qoşulan dövlətləri, siyasi və hərbi əlaqələrini dərinləşdirmək və Avro-Atlantik məkanda təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə NATO çərçivəsində Sülh Naminə Tərəfdaşlığı yaratmışlar. Bu Tərəfdaşlıq Avro-Atlantik məkanda sabitlik və təhlükəsizliyə əməkdaşlıq və birgə addımlar vasitəsilə nail olmasıməqsədinə xidmət edir. Fundamental azadlıq və insan haqlarının müdafiəsi və həvəsləndirilməsi, demokratiya vasitəsilə azadlığın, ədalətin və sülhün qorunması bu Tərəfdaşlığa xas olan birgə dəyərlərdir. Azərbaycan MDB dövlətləri arasında NATO-nun Sülh naminə tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk tərəfdaş dövlətlərdəndir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə NATO-nun mənzil qərargahına səfəri zamanı SNT-yə qoşulmaq haqqında SNT Çərçivə Sənədini imzalamışdır. 1996-cı ildən etibarən Azərbaycanın təqdimat sənədi və NATO-nun Tərəfdaşlıq İşçi Proqramı əsasında ölkənin mülki və hərbi nümayəndələrinin qatıldığı bütün birgə fəaliyyət və tədbirlərin daxil olduğu illik Fərdi Tərəfdaşlıq Proqramı (FTP) tərtib olunmuşdur.