Əlahəzrət!
Yaponiyanın milli bayramı - İmperatorun təvəllüdü günü münasibətilə Sizi və dost Yaponiya xalqını səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.