Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yazıçı Əkrəm Əylisliyə təbriki - Bakı şəhəri, 5 dekabr 1997-ci il

Hörmətli Əkrəm Əylisli!

Sizi - Azərbaycanın əməkdar incəsənət xadimini nasiri və dramaturqunu 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz ədəbiyyatımıza 60-cı illərdə gələrək öz orijinal yazı üslubunuz, qələmə aldığınız mövzuların həyatiliyi, aktuallığı ilə seçilməyə başladınız. Dərin müşahidə qabiliyyətiniz sayəsində siz o zamankı dövrün bütün gerçəkliyini, o cümlədən həyatımızda mövcud olan neqativ halları əsərlərinizdə əks etdirə bildiniz. Məhz yaradıcılığımızın bu xüsusiyyəti sizə oxucuların böyük rəğbətini qazandırdı. Sadə insanların zəngin mənəvi aləminin bədii təsviri həm nəsr, həm də dram əsərlərinizin başlıca qayəsidir. Xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuş əsərləriniz və dünya ədəbiyyatı nümunələrindən etdiyiniz bədii tərcümələr ədəbi əlaqələrimizin genişlənməsi və ədəbiyyatlar arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi işinə xidmət etmişdir. Müxtəlif illərdə nəşriyyat direktoru, jurnal redaktoru, Yazıçılar Birliyinin katibi kimi respublikada ədəbi mühıtin canlandırılması işinə yönəlmiş fəaliyyətiniz də təqdirəlayiqdir.

Ümidvaram ki, Azərbaycan ədəbiyyatının inkişafı yolunda siz bundan sonra da var gücünüzü sərf edəcəksiniz və oxucularınızı yeni əsərlərlə sevindirəcəksiniz. Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əlivev,
Azərbaycan Respublikasının Prezidenti.