\"Katerpillar\"

ABŞ-ın İllinoys şirkətində 1925-ci ildə yaradılıb. Şirkət inşaat və qazma ‎qurğuları, təbii qaz motorları və sənaye qaz trubinləri istehsal edir. Dizel motorları ‎istehsalında \"Katerpillar\" şirkəti dünyada birinci yeri tutur. Dünyanın neft və qaz emal ‎edən ölkələrinin sənaye avadanlıqlarının 70%-ni \"Katerpillar\" təmin edir. Dünyanın ‎‎20-dən çox ölkəsində fəaliyyət göstərən şirkətdə 10000-dən çox fəhlə və mütəxəssis ‎çalışır. ‎Şirkət 1998-ci ildən başlayaraq Azərbaycanın yeni neft strategiyası çərçivəsində ‎fəaliyyət göstərir.‎