Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Trabzon şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 29 aprel 2002-ci il

Xoş gördük sizi. Tez-tez görüşürük. Mənim səfərimin də məqsədini, səbəbini yəqin ki, bilirsiniz. Artıq mətbuatda verilibdir ki, biz - Türkiyə, Gürcüstan və Azərbaycan prezidentləri bölgədə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün, indi işlərimizdə çox mühüm yer tutan Şərq-Qərb dəhlizinin, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin, Bakı-Ərzurum qaz kəmərinin təhlükəsizliyini təmin etmək üçün və əsasən, beynəlxalq terrorizmlə mübarizə barəsində səylərimizi birləşdirmək üçün, bölgödö və ümumiyyətlə, ölkələrimizdə təhlükəsizliyi təmin etmək üçün bu görüşə toplaşırıq. Bu görüş Trabzondadır. Mın oraya gedirım. Orada Türkiyənin prezidenti, Gürcüstanın prezidenti, bir də mən görüşüb söhbət edəcəyik.

Sual: Cənab Prezident, orada hansısa sənədlər imzalanacaqmı?

Cavab: Bəli, bir sənəd imzalanacaq. Onu daxili işlər nazirləri imzalayacaqlar.

Sual: Cənab Prezident, Trabzon görüşü regionda yeni güc mərkəzi yaratmaq təşəbbüsü kimi də qiymətləndirilir. Bu barədə Sizin fikrinizi bilmək olarmı?

Cavab: Bilirsiniz, belə şeyləri şişirtməyin. Yeni güc mərkəzi, filan... Hər xırda şeyi götürüb rəng verirlər. Bu, sadəcə regional əməkdaşlıqdır. Biz Aşqabada getdik. Orada regional məsələlər idi, güc mərkəzi deyildi ki. Burada da güc mərkəzi deyildir. İndi dünyada gedən proseslər belədir ki, dövlətlər ikitərəfli əməkdaşlıq edirlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər və müxtəlif görüşlər keçirib regional səviyyədə əməkdaşlıq edirlər. Bunların hamısı bir məqsədə yönəldilibdir: sülh, təhlükəsizlik yaransın. İndi də ən aktual olan beynəlxalq terrorizmə, narkotiklərin, psixotrop maddələrin qanunsuz dovriyyəsinə qarşı mübarizə, silah qaçaqmalçılığı ilə mübarizə, insan alveri ilə mübarizə. Bunlar çox mühüm məsələlərdir. Bunlari hər ölkə aparır. Amma müəyyən regionlarda biz işlərimizi əlaqələndirəndə, bir-birimizə yardım edəndə bu işlər daha da uğurla gedir.

Sual: Cənab Prezident, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin təhlükəsizliyi məsələsi əsasən hansı aspektlərdə müzakirə olunacaqdır?

Cavab: Bilirsiniz, burada elə bir muzakirə olunası şey yoxdur. Bakı-Tbilisi-Ceyhanın təhlükəsizliyini boru xəttinin keçdiyi ölkələr-Azərbaycan, Gürcüstan, Türkiyə təmin edəcək, bunların hərəsi bu vəzifəni öz üzərinə götürübdür. Burada başqa bir aspekt yoxdur. Məsələn, mən fərman vermişəm, boyuk bir komissiya yaratmışam, baş nazir bu komissiyanın sədridir. Orada bizim bütün dövlət orqanları təmsil olunublar. Onlar lazımi tədbirlər hazırlayıb həyata keçirəcəklər ki, biz həm Bakı-Tbilisi-Ceyhan boru xəttinin, həm də Bakı-Tbilisi-Ərzurum kəmərinin təhlükəsizliyini təmin edək.

Sual: Cənab Prezident, Rusiya prezidenti Vladimir Putin Aşqabaddan qayıtdıqdan sonra Rusiya hərbi donanmasının Xəzərdə təlimlərə başlaması barədə göstəriş verdi. Xəzəryanı dövlətləri də bu təlimlərdə iştirak etməyə dəvət etdi. Buna Azərbaycanın münasibəti necə olacaqdır?

Cavab: Rusiyanın prezidenti Putin Aşqabadda mənimlə göruşərkən bu qərarı haqqında demişdi, bunda elə bir qeyri-adi şey yoxdur. Xəzər dənizində Rusiyanın hərbi donanması var. O gedib Həştərxanda donanmanın işi ilə tanış olubdur. O mənə demişdi ki, Aşqabaddan birbaşa Həştərxana gedəcəkdir, belə bir təlim keçirmək məqsədi var. Bu barədə qərar qəbul etmək istəyir. Mənə demişdi ki, bütün Xəzəryanı ölkələri dəvət edir. Bizi də dəvət ediblər və iştirak edəcəyik.

Sual: Cənab Prezident, növbəti sammitin Tehranda kecirilməsinə Putinin münasibətini Sizdən öyrənmək istəyirik.

Cavab: Belə şey yoxdur, necə yəni Tehranda keçirilməsi? Tehranda keçirilməsi haqqında qərar qəbul olunmadı ki.

Sual: Putin təklif etdi ki, Tehranda kecirilsin.

Cavab: Onu Putin təklif etmədi, sən səhv edirsən. Onu İranın prezidenti Cənab Xatəmi təklif etdi. Putin də buna razılıq verdi və bizim də heç birimiz etiraz etmədik. Ancaq, iş bundadır ki, biz o bəyannaməni qəbul edə bilmədik. Bəyənnamə qəbul edilmədiyinə görə də sammitin harada keçiriləcəyi barədə qərar da qəbul olunmadı.

Sual: Mübahisəli yataqlarda işlərin dayandırılması ilə bağlı məsələ qaldırılıb, sammitdə heç bir nəticə əldə edilmədiyinə görə, Türkmənistan prezidenti belə bir təşəbbüs irəli sürübdür ki, bu məsələlər əvvəlcə ikitərəfli danışıqlarla tənzimlənməlidir. Siz bunu necə qiymətləndirirsiniz?

Cavab: Bilirsiniz, həmin görüşdş bəzi sərt ifadələr işlənilibdir. Ancaq buna o qədər də fikir verməyin. Sonra, sammitin axırında Türkmənistan prezidenti Saparmurad Niyazov mənimlə danışığında təklif etdi ki, biz nümayəndələrimizi müəyyən edək, qoy onlar görüşsünlər, danışsınlar və ikitərəfli danışıqlar aparaq. Mən də buna razılıq verdim. O ki qaldı, siz \"mübahisəli yataqlar\" ifadəsi işlədirsiniz, mən orada ona cavab vermişəm. Gərək ki, bizim mətbuat nümayəndələri orada vardı. Bir də təkrar etmək istəyirəm, orada bu məsələ qalxanda mən dedim ki, gərək biz əvvəl Xəzər dənizində sektorlarən sərhədlərini müəyyən edək. Sərhədlər müəyyən ediləndən sonra hansısa yataqlar ola bilər ki, onlar heç mübahisəli olmasın. Hər iki tərəf danışar ki, bu yataqlarda birgə iş aparılsın. Ola bilər, kimsə desin ki, yox, bu mənimdir, digəri desin ki, mənimdir. Onda bu mubahisə olacaqdır. Mübahisəli yatağı müəyyən etmək üçün gərək mütləq sektorların sərhədləri müəyyən olunsun.

Sual: Cənab Prezident, İrana səfəriniz nə vaxt reallaşacaq?

Cavab: İnşallah, reallaşacaqdır.

Sual: Cənab Prezident, sahibkarlarla görüşdə bildirmisiniz ki, yekun qərar müşavirədə veriləcəkdir. Amma artıq bir neçə məmur vəzifəsindən kənarlaşdırılmışdır.

Cavab: Nə olsun ki, hələ bəlkə başqaları da uzaqlaşdırıldı.

Sual: Cənab Prezident, Siz indiki səfərinizdə Bakı-Axalkalaki-Qars dəmir yol xətti ilə bağlı hər hansı bir söhbət aparacaqsınızmı? Çünki Gürcüstan ərazisində müəyyən problemlər var. Bir də ki, ABŞ prezidenti Corc Buş bəyanatında Türkiyəni Ermənistanla munasibətlər yaratmağa çağırmışdır. Bununla bağlı nə deyə bilərdiniz?

Cavab: Bilirsiniz, Axalkalaki dəmir yoluna bizim o qədər marağımz yoxdur. O, Gurcustanın öz daxili işidir. Biz bu işlər. qarışmaq istəmirik. O ki qaldı ABŞ prezidenti Buşun Türkiyəyə muraciətinə, Türkiy.y. cox muraci.tl.r olubdur. Bu barədə Türkiyənin şərtləri var. O bu şərtlərdən geri çəkilməyib və heç vaxt da geri çəkilməyəcəkdir. Mən buna əminəm.

Sual: Cənab Prezident, kəmərlərə xarici təhlükə yaranarsa, eyni zamanda kəmərlər ətrafında mütəşəkkil terrorçu qruplar yaranarsa, bunlara qarşı mübarizə formalarını necə görürsünüz?

Cavab: \"Bu yaranarsa, bu yaranarsa, bu yaranarsa\", onda biz də yaradacağıq.

Sual: Cənab Prezident, bu görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər hansı bir müzakirə gedəcəkmi?

Cavab: Ola bilər ki, fikir mübadiləsi olsun.

Sual: Cənab Prezident, MDB Kollektiv Təhlükəsizlik Şurasının katibi indiki üçtərəfli görüşlə bağlı bildiribdir ki, bu təhlukədir və Şuranın növbəti iclasında bu məsələyə münasibət bildiriləcəkdir. Sizcə MDB-nin Təhlukəsizlik Şurasl nədən ehtiyat edir?

Cavab: Mən bunu eşitməmişəm. Bunu deyən kimdir?

Sual: İnternet saytlarında bununla bağlı məlumat vardır.

Cavab: Mən eşitməmişəm. İnanmıram ki, onlar bunu böyük bir təhlükə hesab etsinlər.

Sual: Cənab Prezident, Amerika Birləşmiş Ştatlarının hərbi mütəxəssisləri artıq Gürcüstandadırlar. Sizin Trabzondakı görüşünüzdə Bakı-Tbilisi-Ceyhan boru xəttinin təhlükəsizlik məsələlərinin müzakirəsində ABŞ-ın iştirakı ola bilərmi?

Cavab: Burada ABŞ-ın iştirakına nə ehtiyac var? Əgər biz Bakı-Tbilisi-Ceyhan boru xəttini də qoruya bilməyəcəyiksə, onda biz nəyik ki, başqa bir ölkə gəlsin, burada bizə yardım etsin? Buna ehtiyac yoxdur.

Sual: Siz Dünya azərbaycanlılarının birinci qurultayında bildirmişdiniz ki, diasporla işləyən bir təşkilat yaradılacaqdır. Bu barədə iş gedirmi?

Cavab: Yaradacağıq. Bu yaxınlarda yaradacağıq. Sağ olun.