Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçdə dəniz neft platforması ilə tanışlıqdan sonra respublika televiziyasına müsahibəsi - 26 aprel 1996-cı il

Suаl: Cənab prezident, platforma ilə tanışlıq səfər içində bir səfərdir. İstəyirik təəssüratlarınızı öyrənək.

Сavab: Çox gözəl təəssüratlarımız var. Şimal dənizindəki bu platforma müasir texnologiya ilə təmin edilmiş çox mükəmməl bir qurğudur. Mən Azərbaycanda, Xəzər dənizində, başqa ölkələrdə də platformalar görmüşəm. Ancaq bu platforma həm texnikasına, həm də texnologiyasına, avadanlığına görə ən müasir platformadır. Bu platformalardan neft, qaz çıxarırlar. Onları görmək, tanış olmaq maraqlı idi. Biz orada işləyənlərlə söhbət etdik. Onlar öz işləri barədə ətraflı məlumat verdilər. Bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki \"Əsrin müqaviləsi\"nin həyata keçirilməsi ilə əlaqədar biz də belə platformalar tikəcəyik.

Suаl: Bu platformada öyrəniləsi və tətbiq olunası çox şey var?

Сavab: Bəli. Ümumiyyətlə görünür ki, \"Statoyl\" şirkəti həqiqətən çox qısa bir müddətdə böyük nailiyyətlər əldə etmişdir. Buraya gələn gündən onların işi ilə tanış oluram və bu gün Şimal dənizindəki platforma ilə tanışlıq da məni bu qənaətə gətirdi.