Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Tikinti və Şəhərsalma naziri Əli Əbdüləlizadə ilə görüşü - Tehran, Azərbaycan prezidentinin iqamətgahı, 19 may 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyevi səmimiyyətlə salamlayan və onunla hər bir görüşdən böyük şərəf duyduğunu nəzərə çatdıran cənab Əli Əbdüləlizadə Azərbaycan prezidentinin İrana səfərinin ölkələrimiz arasındakı münasibətlərdə tarixi hadisə olduğunu söylədi.

Səmimi sözlərə görə minnətdarlığını bildirən və İran İslam Respublikasına rəsmi səfərindən çox məmnun qaldığını söyləyən Prezident Heydər Əliyev Tehranda keçirdiyi görüşləri, apardığı danışıqları çox yüksək qiymətləndirdiyini vurğuladı.

Görüşdə Azərbaycan–İran əməkdaşlığının perspektivləri və hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.