Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının Prezidenti (1990-2019)

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür. 

***
 
Biz Heydər Əliyevlə çoxdan tanışıq, bir - birimizi on illərdir tanıyırıq, Heydər Əliyev Kremldə işləyərkən mən, adətən, onun yanına dəstək almaq üçün gedirdim. Heydər Əliyev Moskvada xəstəxanaya düşərkən mən ona birincilər sırasında baş çəkdim. Heydər Əliyevə ağır itki üz verərkən - o, həyat yoldaşın dəfn edəndə mən onunla idim.
 
İndi başqa zamandır. Hesab edirəm ki, Azərbaycan xalqı Heydər Əliyevi dövlətə başçılıq etməyə çağırmaqla düzgün hərəkət etmişdir.
 
***

Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir. Əziz və unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün ağrılı olsa da, deməliyəm ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.94.