İtoçu (İtochu Corp)

Yaponiyanın ən böyük universal transmilli şirkətlərindən biri. 1866-cı ildə yaradılan şirkətin baş ofisi Tokioda yerləşir. İllik dövriyyəsi 160 milyard ABŞ dolları olan şirkətdə 8 mindən çox işçi çalışır. 816 yardımçı müəssisəsi olan şirkətin 164 ölkədə nümayəndəliyi var. 1996-cı ildə Bakıda ofisini açan şirkət Azərbaycanda əsasən neft və qaz sahəsində investisiya layihələrini həyata keçirməkdədir. \"İtoçu\" korporasiyası Xəzərin Azərbaycan sektorunda yerləşən \"Azəri-Çıraq-Günəşli\" yataqlarının birgə işlənilməsi müqaviləsində (1994) 3,9%, \"Əşrəfi\" və \"Dan Ulduzu\" yataqlarının hasilatın pay bölgüsü prinsipi ilə birgə işlənilməsi müqaviləsində isə (1997) 20% paya malikdir.