Xalq artisti Lütfi Məmmədbəyova - Bakı şəhəri, 13 mart 1997-ci il

Hörmətli Lütfi Məmmədbəyov!

Sizi - Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, siz bir aktyor, rejissor və müəllim kimi milli teatrımızın inkişafı yollarında yeni uğurlar qazanacaq, öz yaradıcılığınızla sənətsevərləri bundan sonra da sevindirəcəksiniz.

Sizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.