Göyçay rayonunun Bığır kəndi ərazisində avtomobil qəzasında həlak olanların ailələrinə - 9 oktyabr 1996-cı il

 1996-cı il oktyabrın 8-də Göyçay rayonunun Bığır kəndinin ərazisində avtomobil qəzası baş vermişdir. Faciə nəticəsində insan tələfatı olmuş və yaralananlar var.

Həlak olanların ailələrinin kədərinə şərik olaraq, onlara dərin hüznlə başsağlığı verirəm, bu ağır gündə səbr və dözüm diləyirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti