Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vokalçıların professor Bülbül adına birinci Beynəlxalq Müsabiqəsinin qaliblərinə mükafat və diplomların təqdim edilməsi münasibətilə keçirilən mərasimdə çıxışı - Azərbaycan Dövlət Opera və Balet Teatrı, 1 dekabr 1997-ci il

Mən sizin hamınızı bizim görkəmli müğənnimiz Bülbülün xatirəsinə həsr olunmuş müsabiqədə yüksək yer tutduğunuza görə təbrik edirəm.

Bu, Azərbaycanda həmin qəbildən ilk müsabiqədir, bu, bizim üçün çox əlamətdar hadisədir və buna böyük əhəmiyyət veririk. Hesab edirəm bizim ictimaiyyətimiz çox məmnundur ki, on beş gündür müsabiqədə seçmə gedir. Siz finişə çıxaraq qalib gəlmiş, fəxri yerlər, prizlər, mükafatlar qazanmısınız. Ən başlıcası isə bu gün hamınız gözəl çıxış etdiniz. Siz gördünüz ki, Azərbaycan dinləyiciləri klassik musiqini, yüksək vokal sənətini əvvəlki kimi yenə də sevirlər. Siz də bu gün təkcə salondakıları deyil, bütün respublikaya, - çünki bu gecə birbaşa translyasiya edilirdi-böyük sevinc bəxş etdiniz. Buna görə sağ olun. Ümidvaram ki, bu hadisə Azərbaycanın mədəni həyatının məhz beynəlxalq musabiqələr keçirilməsi istiqamətində daha da canlanmasının başlanğıcı olacaqdır. Bu gün öyrəndim ki, növbəti müsabiqəni üç ildən sonra - 2000-ci ildə keçirməyi qərara almısınız. Biz üç ildən sonra yeni istedadlarla və yəqin ki, sizinlə də görüşü gözləyəcəyik. Sizi təbrik edirəm. Gözəl fəxri münsiflər heyətini bizim sevimlimiz İrina Konstantinovna Arxipova basda olmaqla bu on beş gündə burada çalışanların hamısını təbrik edirəm. Sizə səadət, yeni yaradıcılıq uğurları arzulayıram.

İrina Arxipova: Çox hörmətli Heydər Əliyeviç respublikanın bu ağır dövründə incəsənətə, mədəniyyətə və müsabiqənin bütün iştirakçılarına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirirəm.